Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sərnişin təyyarədən yerə yıxıldı

Toronto aeroportunda sərnişin təyyarədən yerə yıxılıb | Report.az

Torontodan Dubaya uçan “Air Canada” aviaşirkətinə məxsus təyyarəsinin sərnişini kabinədəki təcili çıxış qapısını açıb və uçuş-enmə zolağına yıxılıb.

Yenixeber.org: Bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yanvarın 8-də təyyarə Pirson Beynəlxalq Hava Limanı yaxınlığında olarkən baş verib.

Sərnişin yıxılarkən xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub.

Aviaşirkətdən verilən ilkin məlumata görə, sərnişin təyyarəyə daxil olsa da, yerində oturmayıb. Əvəzində hansısa naməlum səbəbdən təcili çıxış qapısını açıb və aşağı yıxılıb. “Xoşagəlməz olaya baxmayaraq, təyyarə elə həmin gün Torontodan Dubaya, cüzi gecikmə ilə olsa da, uça bilib”, - şirkətdən qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam