Rövnəq Abdullayevdən YENİ XƏBƏR:səhhətində problem yarandı
Xəbər verdiyimiz kimi, sabah Gəncədə keçirilməli olan AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.
Yenixeber.org: Federasiyanın yaydığı məlumata görə, iclas AFFA prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşməsi səbəbindən təxirə düşüb.
Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli bildirib ki, tədbirin nə vaxt keçiriləcəyi barədə də məlumat veriləcək: “Rövnəq Abdullayevin səhhətində problem yarandığı üçün tədbir baş tutmayacaq. Çünki özü şəxsən iştirak etmək istəyirdi. Bu gün bildirdi ki, Gəncəyə gedə bilməyəcək”.