Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Deputatın adı 900 min dollarlıq mənimsəmədə

 

"Xeberinfo.com":  Məlumata görə, AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin martın 6-da keçirilən iclasından sonra 2009-cu ildən bəri Berlində fəaliyyət göstərən futbol məktəbinə maliyyə yardımını dayandırdıqlarını bildirmişdi.

R.Abdullayev bu ideyanın AFFA-nın I vitse-prezidenti, deputat Rauf Əliyevə məxsus olduğunu da vurğulamışdı.

6 il müddətində Berlindəki futbol məktəbi üçün xeyli vəsaitin havaya sovrulmasından sonra R.Abdullayevin bu işin ideya müəllifi olaraq Rauf Əliyevin adını çəkməsi əslində başqa mətləblərdən xəbər verirdi. AFFA prezidenti dolayısı ilə “bu məsələ ilə bağlı xərclənən vəsaitin sorumlusu Rauf Əliyevdir” deyirdi.

Artıq o zaman bəlli idi ki, R.Abdullayevin bu açıqlamasından sonra başqa mətləblər də üzə çıxacaq. Artıq çıxıb da... Berlində fəaliyyət göstərən futbol məktəbinin rəhbəri Tofiq Qarayev şok faktlar açıqlayıb.

T.Qarayev “Futbol+” qəzetinə verdiyi müsahibədə onlara AFFA tərəfindən ayda cəmi 5 min manat vəsait köçürüldüyünü deyib: “AFFA məktəbdə çalışan məşqçilərə əvvəlki illərdə 5 min avro maaş verirdi. 2014-cü ildə dedilər ki, imkan yoxdur və bu məbləği 3 minə saldılar. 2015-də isə maliyyələşmə tam dayandı”.

AFFA-nın büdcə ilə bağlı açıqladığı hesabatda isə göstərilir ki, qurum Berlindəki futbol məktəbinə 160 min manat ayırıb. 6 ildə bu vəsait təxminən 1 milyon manat edir. Maliyyə vəsaitinin bu ilin yanvarında dayandırıldığını nəzərə alıb dolların o vaxtkı kursu ilə hesablasaq, AFFA-nın büdcəsindən futbol məktəbinə 1 milyon 300 min dollar vəsait ayrılıb.

İndi isə bu vəsaitdən futbol məktəbinə çatan məbləği çıxaq. T.Qarayevin dediyinə görə, ilk 5 ildə ayda 5 min avro, 2014-də isə 3 min avro ödənilib. Bu da edir 336 min avro. Bu da o vaxtkı kursla təxminən 400 min dollar deməkdir. Bu məbləği də 1 milyon 300 min dollardan çıxsaq, 900 min dolların mənimsənildiyi məlum olar.

Onu da qeyd edək ki, AFFA 2014-cü ildə məktəbə 160 min manat ayırıb.Əvvəlki illərdə bu rəqəm daha çox olub. Deməli, mənimsənilən məbləğ əslində 1 milyon dollardan da çoxdur.

Bəs bu vəsaiti kim mənimsəyib? Rövnəq Abdullayev açıqlamasında buna işarə verərək “gedin, Rauf Əliyevdən soruşun” deyib.

Virtualaz.org saytı xəbər verir ki, komanda.az saytı bununla bağlı araşdırma aparıb və bir çox suallara cavab tapmağa çalışıb. AFFA-dakı mənbədən komanda.az-a verilən məlumata görə, Rövnəq Abdullayevin Berlindəki futbol məktəbi ilə bağlı açıqlama verməsi, Rauf Əliyevin adını hallandırması təsadüfi deyil. Bu, bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovun daha çox R.Abdullayevi zərbə altında qoyan açıqlamalarına cavabdır.

Futbol təsərrüfatına yaxın mənbələr bildirib ki, Rauf Əliyevlə E.Məmmədov AFFA-da necə deyərlər, bir ələ oynayırlar. Deputatın təmsil olunduğu komanda Elxan Məmmədovun AFFA prezidenti olmasına çalışır. Berlindəki futbol məktəbi üçün ayrılan vəsaitin də baş katiblə deputat arasında bölüşdürüldüyü deyilir.

Sayt 1 milyonluq yeyinti ilə bağlı Rauf Əliyevin də, Elxan Məmmədovun da mövqeyini öyrənməyə cəhd edib. Amma deputat da, AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da telefon zənglərinə cavab verməyib.

“Millət vəkilini ifşa etdilər: 1 milyon dolları kim mənimsəyib?” başlıqlı yazı saytda işıq üzü görəndən sonra isə AFFA-dan ona münasibət bildirilib.

AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlu saytın redaksiyasına qurumun Hesabat və Mühasibat Departamentinin hesabatını göndərib.

Həmin hesabatda deyilir: 

““Cross Culture” layihəsi və Alman Futbol məktəbi - 160

230.00 AZN

“Cross Culture” layihəsinə görə ödəniş:

31.03.2014 - 107820.00 AZN (100 000.00 EUR)

Alman Futbol Məktəbi layihəsinə görə ödəniş:

23.01.2014 -

10623.00 AZN (10 000.00 EUR)

16.04.2014 - 10837.00 AZN (10 000.00 EUR)

11.07.2014 - 16004.00 AZN (15 000.00 EUR)

28.10.2014 – 14946.00 AZN (15 000.00 EUR)

CƏMİ: 160 230.00 AZN”.

Təəssüf ki, “Cross Culture” layihəsi ilə bağlı hansısa bir məlumat əldə etmək mümkün olmayıb. Bu, nə layihədir, nə vaxtdan, harada, kim tərəfindənhəyata keçirilir?

Mikayıl Nərimanoğlu daha sonra bu sualların da cavabını verib. O, “Futbol+” qəzetinə verdiyi açıqlamada bildirib ki, “Cross Culture” layihəsi Almaniyada həyata keçirilir. Layihənin məqsədi isə alman məktəblilərin yay tətilini səmərəli təşkil etməkdən ibarətdir...

Göründüyü kimi, söhbət Berlindəki futbol məktəbinə ayrılan pulların taleyindən gedir, AFFA rəsmiləri isə əsl mahiyyəti pioner düşərgəsi demək olan “Cross Culture” layihəsindən danışır. Deputatın da adının qarışıb hallandığı əsas məsələ isə kənarda qalır...

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam