Entoni Blinken Qətərdədir
ABŞ Dövlət katibi Entoni Blinken Qətərin paytaxtı Dohaya səfər edib.
Yenixeber.org: Bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Qətər HƏMAS-ın girovlarını azad etmək üçün göstərilən səylərdə mühüm tərəfdaşdır. Blinken ABŞ və Qətər arasında möhkəm münasibətlərin nəticəsi olan kritik koordinasiya səylərini davam etdirmək üçün bu gün Dohadadır", - Miller qeyd edib.