Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TRAMPIN 34 YAŞLI MÜŞAVİRİ “DƏRİN DÖVLƏT”Ə SAVAŞ AÇDI:"Onlar artıq bu şəbəkəni idarə edə bilmirlər" - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 04 oktyabr 2019-cu il

 

Yenixeber.org: Vaşinqton, Ankara, London və Moskvanın bir-birinə bağlı olduğunu çox yazdım. Görünməyən bir xətt vardır. Ağ Evdə və ya Bukinqem sarayında baş verən bir sarsıdıcı hadisənin, vektor dəyişməsinin məlum paytaxtlara təsir etməməsi ehtimalı sıfırdır. Bunu bildikdən sonra analizlər etmək, həll yolları tapmaq daha asandır.

Bu məsələni bir az da açaq. ABŞ Prezidenti Donald Trampın ən güvəndiyi şəxslərdən biri Ağ Evin siyasi müşaviri Stefan Millerdir. O, Ağ Ev dəhlizlərində Tillersonla mübarizə aparacaq qədər güclü bir şəxsdir. Ağlınıza gəlməyən qədər dərin əlaqələri vardır. Ailəsi Rusiyadan köç edib. Yəhudi olması üstünlüyü idi, sürətlə yüksəldi və bu gün Ağ Evdə təsirli şəxslərdən biridir.

Hələ 34 yaşında olmasına baxmayaraq, ABŞ “dərin dövlət”inə müharibə elan edib. Bir neçə gün öncə verdiyi açıqlamada o, “”Dərin dövlət” geri döndü. Ancaq daima hazırlıqsız yaxaladığı şəxsləri bitirmə məsələsində mütəxəssis olan “dərin dövlət” Tramp kimi ağıllı və qorxmaz birinə çarpdı. Ukrayna əməliyyatı “dərin dövlət”in son həmləsi idi. Ardınca impiçment prosesinin başlaması da “dərin struktur”un Konqres və Senatdakı uzantılarının işidir” deyib.

Stiven Miller ABŞ mediasının önəmli bir bölümünün də “dərin dövlət” tərəfindən idarə edildiyini söyləyib. “Merriam-Vebster lüğətinin müəyyən etdiyi  anlayışa görə, “dərin dövlət”in hökumət siyasətlərinə təsir etmək və öz maraqlarını qorumaq üçün xüsusilə də seçilməmiş dövlət məmurları, media, iş adamları, kəşfiyyat bölmələri və sui-qəsd qruplarının eyni masada oturmasıdır” deyən Miller, buna qarşı müdafiəsiz olmadıqlarını yaxında göstərəcəklərini anladıb.

ABŞ “dərin dövlət”inin Kennedi sui-qəsdindən sonra ilk dəfə bir prezidentə qarşı etibar sui-qəsdilə hücuma keçdiyini söyləyən Miller sözlərinə belə davam edib: “Onlar dünyada qətllər törədən, neftə əl qoyan, istədiklərini diktator elan edən, əsl diktatorları isə demokrat göstərən bir gücdürlər. Ancaq artıq bu şəbəkəni idarə edə bilmirlər. Bu səbəblə, yoldan çıxmış bir TIR kimi gedirlər. Çünki planları baş tutmur, istədiklərini əldə edə bilmirlər”.

Bu sözləri açmalı olsaq, ortaya belə bir tablo çıxır: Pentaqon “dərin dövlət”in silahlı gücü, NATO isə strateji hücum hissəsidir…

Miller bunları da əlavə edib: “ABŞ “dərin dövlət”inin NATO ilə işğal edə bilmədiyi ölkələrə qarşı hərbi əməliyyatlar həyata keçirdiyini artıq hər kəs qəbul edir. NATO generallarının tamamilə Pentaqondan əmr aldığı, buna qarşı çıxanların isə vəzifələrindən kənarlaşdırıldığı ortadadır. Fransız, alman və ya italyan generalı olmanın bir fərqi yoxdur. Əgər NATO-da işləyirsinizsə, öncəlikli olaraq ABŞ maraqlarını qorumağa məcbursunuz…”

Stiv Bennonun Ağ Evə dəvət edilməsi Trampla Millerin ən böyük planı idi. “Dərin dövlət”i yaxşı anlamanın yolu Stiv Bennonla birgə yaxın işləməkdən keçirdi.

Bennon “dərin dövlət”in gücünü gizlətmədi. Verdiyi qərarların uğurla həyata keçməsi üçün “dərin dövlət”in ən önəmli nöqtələrini, açıq şəkildə olmasa da, Tramp və Millerlə paylaşdı. Çünki Bennon “dərin dövlət”in çox güclü olduğuna və bu gücün gizlədilməli olduğuna inanmırdı. Həqiqətən də Bennon çox ağıllı adam idi, ancaq zəkasına görə Stiven Millerə də adi biri kimi baxmamaq lazımdır.

Sonra Con Bolton vəzifəyə gəldi. Artıq o, Ağ Evdə idi. Bennon “dərin dövlət”in ağlı, Bolton isə şahin qanadı idi. Miller “dərin dövlət”in bütün sirlərini öyrənirdi. “Dərin dövlət”lə yaxın əlaqədə olan bütün iş adamları qeydə alınır və siyahı gizli bir kassada saxlanılırdı. Bu səbəblə, Ağ Ev özünə bu qədər güvənir. Çünki dövlətin sirlərinin də, bu sirləri bilən “dərin dövlət”in də bütün şifrələri Tramp və komandasının əlinə keçirdi.

Trampın Ukrayna prezidenti ilə apardığı telefon danışığı, daha dəqiq desək, bu danışığın Baydenlə bağlı bölümləri ilə əlaqədar olaraq impiçment prosesinin başladılması da “dərin dövlət”in nə qədər həvəskar kimi davrandığını göstərir. Çünki heç bir amerikalı buna inanmış deyil. Dünyanı idarə edən bir qüvvə olan ABŞ ukraynalı bir məzhəkəçi vasitəsilə şəkillənə bilərmi?

Demokrat Partiyasının önəmli gücü olan Nensi Pelosi bu duruma dəfələrlə etiraz edib. Onun özü “dərin dövlət”lə hərəkət edən biri olsa da, bu durumun Trampa güc qazandıracağını anlatmağa çalışıb. Ancaq bu cəhdi nəticə verməyib.

Millerin komandasından olanlar söyləyir ki, ABŞ “dərin dövlət”i hələ də 50 il bundan öncəki dövrü yaşayır. Onlara görə, hələ də düşmən Rusiyadır. Oliqarxların qara siyahıya alınmasının, Trampla əlaqəli olduqlarının söylənməsinin Amerika xalqında bir qarşılığı yoxdur. Rusiya planı çöküncə, həmən yeni plan Çin oldu. Çin də, Rusiya da ABŞ “dərin dövlət”nin qarşısındadır. Ancaq illərlə böyütdükləri Rusiya və Çini düşmən elan etmək də Amerika xalqı tərəfindən inandırıcı qəbul edilməməkdədir.

ABŞ “dərin dövlət”i böyük bir oyuna gəldiNəticədə, Miller və komandası qarşısında güc itirdi. Ən azı, bugünkü görüntü belədir. Bütün bunlar ABŞ mediasında yazılıb, pozulur.

Yaxşı, bəs mən bunları nə üçün yazıram? Çünki oradakı döyüşün tamamilə eynisini, rolların eynilə paylanmasını burada da görürük…

Durum heç bu qədər aydın olmamışdı. Ağ Evdə son nöqtə qoyulmadan içində olduğumuz bölgə son halını almaz. Ala bilməz. Orada da, burada da, İngiltərədə də sarsıdıcı hadisələr, sürpriz addımlar olacaqdır.

İşarətlər çoxalıb…Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam