Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Lomonosov elmdə xarici təcavüzə qarşı

 
     Xeberinfo.com:   Ölkə tarixini falsifikasiya etdiyinə görə alman “professor”unu döydüyü üçün tanınmış rus alimi Mixail Lomonosov zindana salındı. Lomonosov düz bir il Petropavlovsk qalasındakı zindanda ölüm hökmü altında yatmalı oldu. Ölümündən sonra isə alimin misilsiz arxivi İmperatriça Yekaterinanın favoriti qraf Orlov tərəfindən naməlum istiqamətə aparıldı. Böyük mütəfəkkirin qiymətli kitabxanası və bütün həyatını həsr etdiyi çoxsaylı əlyazmaları it-bata düşdü.
 Mixail Lomonosov öz müasirləri içində Rusiya Elmlər Akademiyasında yeganə rus mənşəli alim idi. Buna görə də daim təzyiqlərlə üz-üzə qalmışdı. 18-ci əsrdə Rusiya Elmlər Akademiyasında alman alimləri üstünlük təşkil edirdi. 1724-cü ildə Rusiya Akademiyası yaranan dövrdən Qərbyönümlü hakimiyyətin istəyinə uyğun olaraq Rus tarixşünaslığının əsasını da rusca danışa bilməyən yabançı alimlər qoymuşdular. İmperatriça Anna İoannovnanın vaxtında isə Rusiyaya xarici alimlərin daha geniş axını başladı. Həmin dövrdə Rusiya Elmlər Akademiyasının Tarix Şöbəsi iudey mahiyyətli aşağıdakı avropalı alimlərdən ibarət idi: Kol Peter (1725), Fişer İohann Eberqard (1732), Kramer Adolf Bernqard (1732), Lotter İohann Georq (1733), Lerua Pyer-Lui (1735), Merlinq Georq (1736), Brem İohann Fridrix (1737), Tauber İohann Qaspar (1738), Kruzius Xristian Qotfird (1740), Moderax Karl Fridrix (1749), Stritter İohann Qotqilf (1779), Qakman İohann Fridrix (1782), Busse İohann Qenrix (1795), Vovilye Jan-Fransua (1798), Klaprot Qenrix Yulius (1804), Qerman Karl Qotlob Melxior (1805), Kruq İohann Filipp (1805), Lerberq Avqust Xristian (1807), Keler Qenrix Karl Ernst (1817), Fren Xristian Martin (1818), Qrefe Xristian Fridrix (1820), Şmidt İssak Yakob (1829), Şenqren İohann Andreas (1829), Şarmua Frans-Bernar (1832), Fleyşer Qenrix Leberext (1835), Lenç Robert Xristianoviç (1835), Brosse Mari-Felisite (1837), Dorn İohann Albrext Bernqard (1839). Mötərizələrdə onların Akademiyaya qəbul olma illəri göstərilmişdir. Nəticədə Vatikan ideologiyası Rusiyada ayaq tutub yeriməyə başladı.
 18-ci əsrdə Qərbyönümlü hakimiyyətin istəyi ilə Sankt-Peterburqa səssiz-səmirsiz bir-birinin ardınca Qerxard Fridrix Miller, Avqust Lüdviq Şletser, Qotlib Ziqfrid Bayer kimi “tarıx yaradan” alimnümalar ixrac olunmağa başladılar ki, sonradan onların hamısı akademik adı alaraq elmi avtoritetə mindirildi. Qərb ideologiyasına uyğun olaraq onlar Rusiya tarixşünaslığını normann teoriyası üzərində köklədilər. Alman alimləri sübut etməyə çalışdılar ki, şərqi slavyanlar 9-10-cu əsrə kimi Afrika buşmenlərindən fərqlənməyən vəhşilər olmuşlar və yalnız qərbdən gələn varyaqların hesabına mədəniyyət və dövlətçilik qazanmışlar. Qotlib Ziqfrid Bayer Rusiyanın dövlət kimi formalaşmasını qərblilərə bağlayırdı. Onun Rusiyada dövriyyəyə buraxdığı normann teoriyasına görə, Rusiya minilliklər boyu cəhalət içində üzmüşdü və yalnız varyaq knyazları ölkəyə ayaq basandan sonra qısa bir müddət ərzində qaranlıq ölkədən möhtəşəm dövlətə çevrilmişdi. Qərbyönümlü hökumətin istəyinə uyğun hərəkət edən alman tarixçiləri göstərdilər ki, ruslar qədim dövrlərdə vəhşi xalq olub, yanlız Qərb mədəniyyətinin hesabına təkamül tapmışlar. Almanlar məsələni onun üzərində fokuslamağa çalışdılar ki, Asiyadan Rusiyaya həmişə bəlalar gəlib və Rus xalqının nicatı Avropa ilə bağlıdır. Məqsəd Rusiyanın gələcək ictimai-siyasi həyatını Avropa ilə inteqrasiya üzərində kökləmək idi. Həmin dövrdən Rusiya tarixçiliyinin təməli beləcə avropalılara sərf edən yanlış kontekst üzərində formalaşdı və təşəkkül tapdı.
 Rusiya tarixinin falsifikasiya olunmasına qarşı Akademiyanın yeganə rus alimi olan Mixail Lomonosov səsini ucaltdı. 1749-1750-ci illərdə Lomonosov Miller və Bayerin tarixi baxışlarına qarşı çıxaraq onların yaratdığı və dövriyyəyə buraxdığı stereotiplərə qarşı fəal mübarizəyə keçdi. İudey Kaqalına qarşı çıxmaqla o çoxluğun hədəfinə çevrildi və təzyiqlərə məruz qaldı. Alimə normal elmi yaradıcılıqla məşğul olmağa imkan vermədilər. Lomonosovun Elmlər Akademiyasında işləyən xarici kolleqaları ilə hərdən əlbəyaxa davaya da çevrilən mübahisələri düşdü. Tədricən Lomonosovun etirazlarına digər rus alimləri də qoşuldu. Tanınmış maşınqayırma mütəxəssisi A.K.Martov Rus akademik elmində gəlmələrin hegemonluğu ilə bağlı Senata şikayət ərizəsi yazdı  və həmin şikayətə İ.Qorlitskiy, D.Qrekov, M.Kovrin, V.Nosov, A.Polyakov, P.Şişkarev kimi rus alimləri də imza atdılar. O cümlədən bir çox tələbələr, tərcüməçilər, dəftərxana işçiləri də xaricilərin elmdə at oynatmasına və Rus tarixçiliyinə müdaxiləsinə qarşı etiraz səslərini ucaltdılar. Onlar Rusiya Elmlər Akademiyasının gəlmələrdən təmizlənməsi tələbini qoydular. Rusiyanın Hökumət Senatının yaratdığı komissiya yaranmış konfliktlə bağlı araşdırma apardı. Lakin komissiya etirazçıların çıxışlarını “rəhbərliyə qarşı yönəlmiş qaragüruhun qiyamı” kimi qiymətləndirdi.
Etirazçıların liderləri Qərbyönümlü hakimiyyət tərəfindən qandala vurularaq zindana atıldı. Onları iki il həbsdə saxlasalar da, öz fikirlərindən dönmədilər, haqlı olduqlarını ortaya qoydular. Bir sıra çəkişmələrdən sonra etirazçılar cəzalandırıldılar, onların şikayət etdikləri əcnəbi alimlər isə mükafatlandırıldılar. Qorlitskiyə ölüm hökmü kəsildi, Qrekov, Polyakov, Nosov şallaqla döyülərək Sibirə sürgün olundular, Popov, Şişkarev və digərləri isə həbsə alındılar. Hadisələrin gedişində Lomonosov dəfələrlə Şumaxer, Taubert, Vinçqeym, Truskot, Miller kimi hökumətin dəstəklədiyi “elmi” aslarla baş-başa gəldi və həbs olunan həmfikirlərini müdafiəyə çıxdı. Hökumətin əlində olan dini dairələr Lomonosovun yandırılmasını tələb etdilər. Hökumət komissiyası gəldiyi qərarda açıq-aşkar yazdı ki, Lomonosov “həm akademiyaya, həm komissiyaya, həm də ALMAN TORPAĞIna münasibətdə dəfələrlə ədəbsiz, ləyaqətsiz və iyrənc hərəkətlərə yol vermişdir”. Nəticədə Lomonosov ölüm təhlükəsi ilə üz-üzə qaldı. İmperatriça Yelizaveta Petrovnanın fərmanı ilə görkəmli alim günahkar bilinsə də, cəza çəkməkdən azad olundu. Onun maaşını iki dəfə azaltdılar və “ədəbsizlik göstərdiyi” alman alimlərinin qarşısında üzr istəməyə məcbur etdilər.
 Amma alman alimləri bununla sakitləşmədilər, Lomonosovu və tərəfdarlarını Akademiyadan qovmaq üçün fəaliyyətə keçdilər. 1751-ci ildə Lomonosov alman tarixçilərinin qondardığı tarixdən fərqli “Qədim Rusiya tarixi” əsərini yazmağa başladı. O Rusiyanın geridəqalmış ölkə olması haqqında Bayer və Millerin tezislərini alt-üst edərək ölkə tarixinin şanlı səhifələrinə işıq salmağa çalışdı. Bundan qeyzlənən alman alimləri aktivləşərək Lomonosovu dünya elmi ictimaiyyəti qarşısında hörmətdən salmaq üçün əllərindən gələni etdilər. Lomonosov dünya miqyasında nüfuza malik bir alim idi. Onu xarici ölkələrin elmi dairələrində yaxşı tanıyırdılar. O Şved, Boloniya və digər akademiyaların üzvü idi. Miller Almaniyada Lomonosovun kəşflərini şübhə altına qoydu və onun Akademiyadan uzaqlaşdırılması məsələsini qaldırdı. Akademiyanın Rus tarixi üzrə rəhbəri təyin olunmuş Şletser isə Lomonosovu “öz əlyazmalarından başqa heç nə qanmayan kobud cahil” adlandırdı.
 2-ci Yekaterinanın şəxsən himayədarlıq etdiyi Şletserin nəinki Akademiyadakı sənədlərə, həm də İmperator Kitabxanasındakı və digər dövlət idarələrindəki materiallara da girişi vardı. Əcnəbilərin Rusiya arxivlərindəki sirlərə yiyələnməsi Lomonosovu hiddətləndirirdi. Vətənpərvər alim həmin dövrdəki qeydlərində yazırdı: “Heç nə qorunmur. Bütün mənbələr azğın Şletserin üzünə açılıb. Rusiya kitabxanasında artıq heç bir sirr yoxdur”.
 Miller və onun mənsub olduğu avropalılardan ibarət qruplaşma Peterburqdakı universitetə, eləcə də tələbə hazırlayan gimnaziyalara da tam nəzarət edirdilər. Ölkənin təhsil sistemində necə bir faciəli durumun yaranması həmin dövrə aid mənbələrin birində belə göstərilir: “Müəllimlər rus dilini, şagirdlər isə alman dilini bilmirdilər, bütün təhsil isə latın dilində aparılırdı...”. Belə acınacaqlı vəziyyət ona gətirib çıxardı ki, 30 il ərzində (1726-1755) gimnaziyalardan universitetə bircə nəfər də tələbə qəbulu olmadı. Qərbyönümlü hakimiyyət isə çıxış yolunu onda gördü ki, Almaniyadan universitetə tələbələr gətirilsin, belə ki “rusların içindən tələbə hazırlamaq mümkün deyildi”. Lomonosov bütün həyatı boyu belə yabançı siyasətə qarşı mübarizə apardı və yad elementlərə qarşı çarpışdı. Mənbələr xəbər verir ki, “Lomonosovun səyləri sayəsində akademiyaya bir neçə rus akademiki və assistenti götürüldü”.
 Xarici təcavüz vətənpərvər alimə olmazın başağrılar yaratdı. 1763-cü ildə Taubert, Miller, Ştelin, Epinuss və digər alimlərin donosları nəticəsində İmperatriça 2-ci Yekaterina Lomonosovu Akademiyadan qovdu. Amma bir müddət sonra alimin xalq arasında populyarlığını və xarici akademiyalar tərəfindən alqışlanılan elmi nailiyyətlərini nəzərə alaraq yenidən əvvəlki işinə qaytarmalı oldular. Akademiyada işləməyə davam etsə də, alim əvvəllər rəhbərlik etdiyi Coğrafiya Departamentindən kənarlaşdırıldı və həmin vəzifəyə düşməni Miller təyin olundu. Lomonosovun Rus dili və tarixi ilə məşğul olduğu materiallar isə digər düşməni Şletserin ixtiyarına verildi.
 Alimin ölümü də müəmmalı oldu və onun zəhərlənərək öldürülməsi barədə şayiələr yayıldı. Ölümündən sonra öz torpağına canı və qanı ilə bağlı olan böyük mütəfəkkirin arxivi- kitabxanası, əlyazmaları və kağızları müsadirə olundu və naməlum itiqamətdə aparıldı. Taubertin Millerə yazdığı məktubu saxlanılır ki, həmin məktubda Taubert alimin ölümündən sevindiklərini dilə gətirir və onun arxivinin “kənar əllərə” düşməsinin qarşısını almaq üçün göstərdikləri səylərdən yazır.
 Alimin ölümündən yeddi il sonra onun Rusiya tarixi ilə bağlı kitabı çıxsa da, bu artıq Miller və Şletser tərəfindən “redaktə” edilmiş- dəyişdirilmiş tam fərqli bir kitab oldu. Maraqlıdır ki, Lomonosovun həmin kitabında sərgilədiyi tarixi baxışlar Rusiyanın keçmişi barədə Millerin nəzəriyyəsi ilə tam uzlaşırdı. Guya akimin qaralamaları əsasında hazırlanaraq təqdim olunan bu kitab Millerin yazdığı Rusiya tarixindən çox az fərqlənirdi. Sual olunur: Əgər Lomonosov Milleri Rusiya tarixini saxtalaşdırmaqda günahlandırırdısa, uzun illər ona qarşı böyük əzmkarlıqla mübarizə aparırdısa, bəs onda niyə onun kitabındakı tarixi hadisələr Millerin məlum nöqteyi-nəzəri ilə bütün punktlarınadək  üst-üstə düşürdü? Həmin Miller tərəfindən ölümündən sonra çap olunmuş digər müəllif- Vasili Tatişevlə də bağlı vəziyyət eynidir. Onun da Rusiya tarixi barəsində çap olunan kitabı bütün sətirlərinədək Millerin fikirləri ilə səsləşirdi. Görkəmli tarixçi və yazıçı Nikolay Karamzinin də əsərləri ölümündən sonra Rusiya Elmlər Akademiyasında hegemonluq edən avropalı alimlər tərəfindən bu cür dəyişikliklərə məruz qaldı. Hər dəfə nəşr ediləndə yeni-yeni redaktələr olundu və həmin dövrün siyasi konyukturası ilə tam uyğunlaşdırıldı. Məsələn, 1917-ci ildə nəşr olunarkən onun kitabından Rusiyaya varyaq təcavüzü haqqında olan hissələr çıxardıldı. Beləliklə, Karamzinin də tarixi baxışları Millerin Rusiyaya sırıdığı formulirovkaya tam otuzduruldu.
 Lomonosovun elmin müxtəlif sahələrini əhatə edən digər saysız-hesabsız əsərləri isə it-bat oldu. Miller Lomonosovun tarix kitablarından yalnız özünə sərf edən hissəni saxladı, qalan cildlərini isə tulladı. Odur ki, Lomonosovun bizə gəlib çatmayaraq məhv olmuş cildlərində hansı sirlərin gizləndiyini, hansı tarixi həqiqətlərin əks olunduğunu, ötən zamanlar haqqında hansı maraqlı və vacib informasiyanın yer aldığını təsəvvür etmək çətindir. Rusiyanın cəhalət və boyunduruqdan ibarət utancverici keşmişə malik olduğunu sübuta yetirməyə çalışan Miller və Şletser kimi əcnəbilərə həqiqətlərin işıqlandırılması əlbəttə kimi sərf etmirdi.
 Beləliklə, Rusiya tarixi əzəldən- 17-ci əsrdə yazılmağa başlanandan düzgün yazılmamış, təməl prinsipləri qəsdən eybəcər hala salınmışdır. Alman tarixçilərinin ortaya atdığı normann teoriyası Rusiyada hələ də dövriyyədədir. Müasir tədqiqatçıların da fikri budur ki, Rusiya tarixi 1-ci Pyotr tərəfindən Avropadan dəvət olunmuş xarici müəlliflər tərəfindən qələmə alınmışdır və həqiqətdən çox uzaqdır. İmperatriça Yelizavetanın vaxtında ölkənin baş tarixçisi təyin olunmuş alman Miller Rusiyadakı monastırları gəzərək reallığı əks etdirən bütün tarixi sənədləri yığmış və məhv etmişdir. Miller öz yaratdığı yeni tarixdə isə hətta Rusiyanın quruculuğunda mühüm rol oynamış çar İvan Qroznını yadelli Rürikoviçlərin soyuna bağlayır. Əsas diqqət Rusiya dövlətçiliyinin Kiyevdən nəşət götürməsi üzərində fokuslanmışdır. Varyaq Rürik Rusiya dövlətçiliyinin qurucularından biri kimi göstərilir, əslində isə o Rus taxt-tacına oturmaq istəyən yadelli işğalçı olub və knyaz Svyatopolk Yaropolkoviç tərəfindən öldürülüb. Ölkənin tarixi kitablarında bir çox hallarda Qərbdən Rusiyaya yürüşə çıxan yadellilər ölkənin həqiqi sahibləri kimi təqdim olunur. Beləcə avropalı alimlər Rusiya tarixini eybəcər hala salmış, həqiqətlərin üstündən xətt çəkərək tarixi səhnəni mistifikasiya və uydurmalarla doldurmuşlar. Dünyanın bir çox ölkələrində olduğu kimi, Rusiyada da iudeylər tarixşünaslığa yaxşıca əl gəzdirmişlər. Bizə sırınan parazitik sivilizasiyanın aparıcı qüvvələri daim onlara sərf etməyən informasiyaları ört-basdır etməyə çalışır, insanları yalanlar içində çaş-baş salmaq istəyirlər. Qoy xalqlara qarşı aparılan informasiya müharibəsinin əsas cəbhələrindən biri də tarix elmidir. Əsas hədəf kimi xalqların mənşəyi və keçdiyi tarixi yol götürülüb.
 
“Avrasiya tarixi” kitabından
İbrahim Sel

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam