Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qərbi Azərbaycan İcması Blinkenə cavab verdi

 

ABŞ dövlət katibi Antoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil etmişdir. Əvvəla, heç kim ABŞ-a dünya ölkələrində din azadlığına dair ağlına gələn hesabatlar, siyahılar hazırlamaq səlahiyyəti verməyib və ABŞ-ın belə bir praktikadan istifadə etməsi yalançı “amerikan müstəsnalığı”nın təzahürüdür.

Yenixeber.org xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb.

Bildirilib ki, ABŞ özünə düşmən hesab etdiyi, siyasətini bəyənmədiyi ölkələri belə düşük siyahılara salaraq öz aləmində onlarla “haqq-hesab çəkir”. Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yumanların riyakarlığı, dini və etnik təəssübkeşlik əsasında, səlibçi mentaliteti ilə hərəkət etmələri ikrah hissi doğurur:

“Amerikan ictimaiyyətinin “Epstein siyahısı”, yalandan dünyaya əxlaq, vicdan, insan hüquqları, qanunun aliliyi “dərsi keçənlər”in yaramaz əməlləri ilə sarsıldığı bir vaxtda ABŞ-ın özü kimdən, nədən “narahatdır”, bax, bunu başa düşmək olmur. ABŞ başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, qoy gedib tarixən sıxışdırdığı yerli xalqların hüquqlarının təmin edilməsi də daxil olmaqla, özünün daxili problemləri ilə məşğul olsun.

ABŞ diplomatiyasının “məntiq”i də “heyrət doğurur”. ABŞ bir tərəfdən Azərbaycanı Vaşinqton platformasına dəvət edir, digər tərəfdən Azərbaycana qarşı bir-birinin ardınca düşmən addımlar atır.

 

ABŞ-ın din azadlığına dair siyahısının heç bir qüvvəsi, çəkisi yoxdur və onu qətiyyətlə rədd edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam