Gürcüstanda zəlzələ baş verdi
Gürcüstanda 4,3 bal gücündə zəlzələ baş verib.
Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar saat 12:44-də Kutaisidən 36 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.