Rusiyalı diplomat XİN-ə çağırıldı -TƏLƏB
Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenixeber.org: Bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Axşam xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski Rusiya müvəqqəti işlər üzrə vəkili Andrey Ordaşı çağıraraq Rusiyanın qanadlı raketlə Polşanın hava məkanına daxil olmasını izah etməsini və bu cür hərəkətləri dərhal dayandırmağı tələb edib”, - deyə qeyd olunur.
Qeyd edək ki, Rusiyaya məxsus raket Polşa hava məkanına daxil olub və qısa müddətdə zonanı tərk edib.