Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakı 3 rayonu bir güllə atmadan alacaq -Qambaryan

Qərb Paşinyanı çox pis aldadıb, onu Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzalamağa məcbur edib, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıyacağına söz verib, lakin bu, baş tutmayıb.

Yenixeber.org xəbər verir ki, bu sözləri erməni politoloq Qagik Qambaryan erməni mediasına deyib.

O bildirib ki, bundan sonra Avropa Şurasının rəhbəri Şarl Mişel kənara çəkilib:

“Bakı indi bəyan edir ki, sərhədlərin demarkasiyası və delimitasiyası olmadan sülh müqaviləsi imzalana bilər. Bu o deməkdir ki, Azərbaycan öz qoşunlarını Ermənistanın “işğal etdiyi ərazilərin”dən çıxarmayacaq. Eyni zamanda, Bakı Ermənistandan qoşunlarını anklavlardan çıxarmağı tələb edir. Beləliklə, Azərbaycan Ermənistana heç nə vermədən Ermənistandan İrana və Gürcüstana gedən yollara nəzarət etməyə çalışır”.

Qambaryan iddia edib ki, Bakı həmçinin Zəngəzur, Göyçə və Dərələyəzdə demoqrafik mənzərəni dəyişmək üçün Ermənistana 130-140 min nəfərlik azərbaycanlı qaçqını məskunlaşdırmağa cəhd edir:

“Məqsəd gələcəkdə bu bölgələri bir güllə belə atmadan ələ keçirməkdir”.

Onun qiymətləndirməsinə görə, sülh müqaviləsi üçüncü Ermənistan Respublikasının ən yaxşı halda 10, ən pis halda isə 5 il ərzində dağılmasına gətirib çıxaracaq.

"Azərbaycan və Türkiyə heç vaxt Ermənistanın inkişafına imkan verməyəcək", - Qambaryan vurğulayıb.(Axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam