Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Yəhudilərlə ermənilər arasında “əsl döyüş” oldu

 

Qüdsdə ermənilərə nifrət edən yəhudilərin növbəti aksiyası baş tutub.

Yenixeber.org xəbər verir ki, bu gün günorta saatlarında 30-a yaxın qara geyimli və maskalı qrup Qüdsün “İnək bağı” adlanan və ermənilərin özlərinə aid etdiyi məhəlləsində yerləşən ermənilərə hücum edib, onları daşa basıblar.

Erməni mediası yazır ki, erməni din xadimləri gənclərlə birgə hücuma qarşılıq veriblər və “əsl döyüş” baş verib.

Ənənəvi olaraq ermənilər iddia edib ki, cəmi 200 metrlikdə olan polis bölməsindən polislərin gəlməsi çox çəkib, təxminən 20 dəqiqə. Bu müddət ərzində ermənilər “öz məkanlarını qorumağı” bacarıblar.

Erməni patriarxlığı bir neçə keşiş də daxil olmaqla, ermənilərin yaralandığını iddia edib. Bildirib ki, bu, ötən gün İnək Bağı məhəlləsi ilə bağlı Qüds Məhkəməsində iddia qaldırmağımızın cavabıdır.

Erməni patriarxlığı fiziki mövcudluqlarının təhlükədə olduğunu bildirərək, kömək istəyib.

Hadisə yerinə gələn polis isə 8 yəhudi və 2 erməni gənci saxlayıb.

Qeyd edək ki, Qüdsdə yəhidilərin ermənilərə hücumu vaxtaşırı baş verir. Ermənilərin qədim məhəllədə məskunlaşması və özlərini “yerli” sayması yəhudiləri qıcıqlandırır. Ermənilərə yəhudilər arasında nifrət həm də buna görədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam