AzTU-nun dosenti vəfat etdi
Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Elçin Məmmədov 63 yaşında vəfat edib.
Yenixeber.org xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.
Elçin Məmmədov 1982-ci ildə AzTU-nun radioaparatların texnoloq-konstruktor mühəndisliyi ixtisasını bitirib.
O, 1988-ci ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.