I ixtisas qrupunda 27 ixtisas ləğv edilib, 10 yeni ixtisas yaradılıb –SİYAHI
Azərbaycanda I ixtisas qrupunda 83 ixtisasdan 27 ixtisas ləğv edilib, 10 yeni ixtisas yaradılıb, 19 ixtisas əsasında 17 ixtisas formalaşdırılıb.
Yenixeber.org: Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, I ixtisas qrupunda Hidrogeologiya mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi, Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi, Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Çoxişlənən malların texnologiyası mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi, Poliqrafiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, Biotibbi texnologiya mühəndisliyi, Ekologiya mühəndisliyi, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Xüsusi təyinatlı texnika və sistemlər, Kosmik texnologiyalar mühəndisliyi, Kosmik texnika mühəndisliyi, Kosmik idarəetmə sistemləri mühəndisliyi, Geodeziya və xəritəçilik mühəndisliyi ixtisasları siyahıdan çıxarılıb.
I ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Aerokosmik mühəndislik, Aviasiya təhlükəsizliyi mühəndisliyi, Geomatika və geodeziya mühəndisliyi, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Kommunikasiya sistemləri mühəndisliyi, Mühəndis fizikası, Nəqliyyat mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Hərbi rabitə vasitələri mühəndisliyi, Sərhəd təhlükəsizliyi və idarəetmə yer alıb.
Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Zootexniklik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, Silah və silah sistemlərinin istehsal texnologiyası, Yer quruluşu, torpaq və şəhər kadastrı, Sistem mühəndisliyi ixtisasları əsasında Materiallar mühəndisliyi, Geologiya və geofizika mühəndisliyi, Mədən mühəndisliyi, Energetika mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin təşkili, Cihaz mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Meliorasiya mühəndisliyi, Qida mühəndisliyi, Zoomühəndislik, Balıqçılıq, Optotexnika mühəndisliyi, Pirotexniki və partladıcı vasitələr mühəndisliyi, Hərbi kompozisiya materialları mühəndisliyi, Silah və silah sistemləri mühəndisliyi, Yerquruluşu və daşınmaz əmlakın kadastrı, Sistemlər mühəndisliyi ixtisasları formalaşdırılıb.
Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 64 ixtisas daxildir:
- Fizika müəllimliyi
- İnformatika müəllimliyi
- Riyaziyyat müəllimliyi
- Riyaziyyat və informatika müəllimliyi
- Texnologiya müəllimliyi
- Fizika
- Geologiya
- Kompüter elmləri
- Mexanika
- Riyaziyyat
- Aerokosmik mühəndislik
- Aqromühəndislik
- Aviasiya təhlükəsizliyi mühəndisliyi
- Cihaz mühəndisliyi
- Dəniz naviqasiyası mühəndisliyi
- Ekologiya mühəndisliyi
- Elektrik və elektronika mühəndisliyi
- Energetika mühəndisliyi
- Gəmi energetik qurğularının istismarı mühəndisliyi
- Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
- Geologiya və geofizika mühəndisliyi
- Geomatika və geodeziya mühəndisliyi
- Hava nəqliyyatının hərəkətinin təşkili
- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
- İnformasiya təhlükəsizliyi
- İnformasiya texnologiyaları
- İnşaat mühəndisliyi
- Kimya mühəndisliyi
- Kommunikasiya sistemləri mühəndisliyi
- Kompüter mühəndisliyi
- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
- Maşın mühəndisliyi
- Materiallar mühəndisliyi
- Mədən mühəndisliyi
- Meliorasiya mühəndisliyi
- Memarlıq*
- Metallurgiya mühəndisliyi
- Mexanika mühəndisliyi
- Mexatronika və robototexnika mühəndisliyi
- Mühəndis fizikası
- Neft- qaz mühəndisliyi
- Nəqliyyat mühəndisliyi
- Nəqliyyat tikintisi mühəndisliyi
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi
- Qida mühəndisliyi
- Radiotexnika və telekommunikasiya mühəndisliyi
- Şəhərsalma
- Sənaye mühəndisliyi
- Uçuş mühəndisliyi
- Yanğın təhlükəsizliyi mühəndisliyi
- Aqronomluq
- Balıqçılıq
- Meşəçilik
- Şərabçılıq
- Torpaqşünaslıq və aqrokimya
- Yerquruluşu və daşınmaz əmlakın kadastrı
- Zoomühəndislik
- Hərbi kompozisiya materialları mühəndisliyi
- Hərbi rabitə vasitələri mühəndisliyi
- Optotexnika mühəndisliyi
- Pirotexniki və partladıcı vasitələr mühəndisliyi
- Sərhəd təhlükəsizliyi və idarəetmə
- Silah və silah sistemləri mühəndisliyi
- Sistemlər mühəndisliyi