Abdallahian İrəvandadır
İranın xarici işlər naziri Hüseyn Əmir Abdallahian İrəvanda işgüzar səfərdədir.
Yenixeber.org: Bu barədə Ermənistan mediası məlumat yayıb.
Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.
İran KİV-lərinin məlumatına görə, Abdullahian Tehran və İrəvan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə etmək niyyətindədir.
O, həmçinin “3+3” formatında Cənubi Qafqaz regionu ilə bağlı mühüm məsələlər üzrə məsləhətləşmələr aparacaq.