Saakaşvilinin səhhəti yaxşılaşır
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb.
Yenixeber.org: Bu barədə Saakaşvilinin müalicə aldığı tibb müəssisəsinin direktoru Zurab Çxaidze bildirib.
“Xəstənin (Saakaşvili) ümumi vəziyyəti yaxşılaşıb. Onun həyati parametrləri normallaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir", - Çxaidze qeyd edib.