Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Jurnalist Krasovskinin qarnının ağrısı nədir? – Simonyanın şərhi

 

RT kanalının baş redaktoru Marqarita Simonyan jurnalist Anton Krasovskinin vəziyyəti barədə məlumat verib. Bundan əvvəl Krasovskinin özü qeyd etmişdi ki, keçən həftə qarnı ağrıyıb, huşunu itirib və xəstəxanaya yerləşdirilib.

Yenixeber.org xarici medaya istinadla xəbər verir ki, Ukrayna mətbuatı ölkənin hərbi kəşfiyyatının məlumatlarına əsaslanaraq Krasovskinin zəhərləndiyini iddia edib, bildirib ki, jurnalistin vəziyyəti pisləşir və kimsə sosial şəbəkələrdə onun əvəzindən son mesajlarını yazır.

Marqarita Simonyan isə Telegram kanalında yazıb ki, jurnalist özünə gəlir: "Krasovski indicə mənə zəng etdi. Və bu, həqiqətən də Krasovski idi, kiyevlilərin dediyi kimi, onun əvəzindən danışan başqası deyildi”.

O, keçmiş işçisi ilə başğlı hər şeyin "həmişəki kimi, Allahın köməyi ilə" yaxşı olacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumunu ilk gündən şiddətlə dəstəkləyən Krasovski bir müddət əvvəl ukraynalı uşaqların hamısını suda batırmağın lazım olduğunu deməsilə məşhurlaşıb. O, bu qalmaqallı bəyanatından sonra üzr istəsə də, telekanaldan qovulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam