Prezident İlham Əliyev Özbəkistanla vizasız gediş-gəlişlə bağlı sazişə
əlavə və dəyişikliyi təsdiqləyib.
Yenixeber.org: Bununla bağlı dövlət başçısı fərman imzalayıb.
Fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış
“18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə
Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası
və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında
Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol” təsdiqlənib.