"Sanksiyalardan yayınmaq üçün bir neçə variant var" -Peskov
Rusiya öz brilyantlarına qarşı tətbiq olunan Aİ sanksiyalarından yan keçəcək.
Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib ki, Rusiya məlum sanksiyalara hazır idi: "Bu sanksiyalardan yayınmaq üçün bir neçə variant var. Onlar mövcuddur, həyata keçiriləcək".