Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İlham Əliyevin namizədliyi Azərbaycan xalqının arzu və istəkləridir -Spiker

Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyev gələn il fevralın yeddisinə təyin edilmiş prezident seçkilərində partiyadan namizəd göstərilib. Əlbəttə, bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edib. Dünya miqyaslı siyasi və dövlət xadimi olan İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən, fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb.

Yenixeber.org xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilib və daha da zənginləşdirilib. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 19-da keçirilən iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmış, geniş bir bölgədə söz sahibinə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk edib. Onun siyasi diplomatik və hərbi strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb.

“Azərbaycanın müasir tarixinin son 20 ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial, iqtisadi inkişaf, möhkəm ictimai, siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır. Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləşməsini təmin edəcək, Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcəkdir”, - deyə Milli Məclisin sədri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam