Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Vüqar Həşimov Memorialının qalibi məlum OLDU

İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə “Vüqar Həşimov Memorial-2023” superturnirinə yekun vurulub.

Yenixeber.org xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda rapid və blits üzrə toplanan xalların cəminə əsasən hindistanlı Vidit Santoş qalib olub. 22 xal toplayan qrosmeyster bütün rəqiblərini qabaqlayıb.

Ondan cəmi 0,5 xal az toplayan həmyerlisi Arjun Eriqaisi ikinci yeri tutub. İlk “üçlüy”ü 19 xalla rumıniyalı Riçard Rapport tamamlayıb.

Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Rauf Məmmədov imza atıb. O, 18,5 xalla dördüncü pillənin sahibi olub. Eyni xala malik Aydın Süleymanlı beşinci, hərəyə 18 xal toplayan Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov 6-7-ci yerləri tutub.

Sonrakı pillələrdə müvafiq olaraq, 17 xalla niderlandlı Yorden Van Forest, 15 xalla Nicat Abasov, 10 xalla israilli Boris Gelfand qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam