Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

DYP-dən sürücülərə daha bir -XƏBƏRDARLIQ

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxt ərazisində, eləcə də ölkənin avtomobil yollarında duman müşahidə edildiyini bildirərək sürücüləri daha məsuliyyətli olmağa çağırıb.

DYP-nin çağırışında Yenixeber.org-a bildirilib ki, dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülərin belə havalarda daha diqqətli olması, sürət həddini hava şəraitinə uyğun seçməsi, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olması, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir. 

Eyni zamanda vurğulanıb ki, piyadalar da dumanlı hava şəraitində​ sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam