Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Geniş yayılan maskalanmış depressiya nədir?

 

İnsanlar arasında halsızlıq, gündəlik özünü enerjisiz hiss etmək halları çoxalmaqdadır. Bəziləri bunu yuxusuzluqla, bəziləri iş yükünün ağırlığı ilə əlaqələndirir.

Bəs əsl səbəb nədir?

Yenixeber.org xəbər verir ki, psixoloq Elmir Əkbər bizim.media-ya bildirib ki, insanlar gün boyu özünü yorğun, halsız hiss etdiklərində, səhərlər yuxudan dura bilmədikdə, elə bilirlər ki, bu, normal haldır:

"Əsl həqiqətlər tamamilə fərqlidir. Bunun əsas səbəblərindən biri maskalanmış depressiyadır. Ümumdünyya Səhiyyə Təşkilatından da dəfələrlə bildirilib ki, koronavirus pandemiyasından sonra maskalanmış depressiya geniş yayılıb. Maskalanmış depressiya zamanı insanın qidalanması pozulur, o, yemək sindromundan əziyyət çəkir, bəzən heç dadını hiss eləmədiyi şeyləri belə yeyə bilir. 

İkinci əsas səbəb, cinsəl problemlərdir. Bu, xüsusilə kişilər arasında yayılıb, adı isə erektil disfunksiyadır.

Qadınlarda isə bu, vaginizm, frigidlik kimi özünü göstərir. Üçüncüsü isə, yuxu problemidir. Ümumilikdə isə günboyu özünü enerjisiz hiss etmək bütün depressiyaların simptomlarından biridir. Adam da var ki, gecəyarı güclü ürək döyüntüsü və təşvişlə yuxudan oyanır. Sadaladığım halları özündə müşahidə edən şəxslər həkim-psixoterapevtə müraciət etməlidirlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam