Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

 
İqlim məlumatlarına görə dekabr ayında Azərbaycanın əksər rayonlarında yağmurlu günlərin sayı artır, dağlıq və dağətəyi rayonlarda qar örtüyü müşahidə edilir. Ayrı-ayrı illərdə dekabr ayında şimal-qərb küləyinin maksimal sürətinin arabir 35-40 metr/saniyəyədək güclənməsi müşahidə edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində məlumat verilib.Son 20 il ərzində ən isti dekabr ayı 2010-cu ildə qeydə alınıb. Bakıda havanın orta aylıq temperaturu müsbət 12 dərəcə olub ki, bu da iqlim normasından 5.1 dərəcə yüksəkdir.

Ən soyuq dekabr ayı isə 2002-ci ildə qeydə alınıb. Havanın orta aylıq temperaturu Bakıda 2 dərəcə isti olub ki, bu da iqlim normasından 5 dərəcə aşağıdır.

Bildirilir ki, bu il - 2023-cü ilin dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Arktikadan daxil olan soyuq hava kütlələrinin təsiri altında ayrı-ayrı günlərdə havanın temperaturu kəskin azala bilər. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin arabir güclənəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam