Qəzzada 178 insan öldürüldü -Bir gündə
Humanitar fasilə bitdikdən sonra İsrailin yenidən başlayan bombardmanları nəticəsində Qəzza zolağının 178 sakini həlak olub.
Yenixeber.org: Bu məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.
Eyni zamanda, bildirilib ki, 589 nəfər xəsarət alıb, yaralıların əksəriyyəti qadın və yeniyetmələrdir.
Qeyd edək ki, Tel-Əviv və HƏMAS atəşkəsi daha bir gün uzatmağa razılaşıblar. Lakin dekabrın 1-i səhər saatlarında döyüşlər yenidən başlayıb.