Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Abzas Media: Ofisimizdə aşkarlandığı iddia edilən 40 min avro bizə aid deyil – YENİLƏNDİ

Bu gün Abzas Media-nın ofisində və onun direktoru Ülvi Həsənlinin mənzilində axtarış başlayıb.
Yenixeber.org: Bu barədə mətbuat orqanının sosial şəbəkə hesabında məlumat yayılıb.

“Ü. Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə 5 saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul “aşkarlayıblar”..
Bildiririk ki, ofisimizdə aşkarlandığı iddia edilən vəsait “Abzas Media”ya aid deyil və istintaq orqanlarının məqsədli şəkildə bizim fəaliyyətimizi dayandırmaq, Ü. Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir”.

***11:54
Direktoru saxlanılan “Abzas Media”nın ofisində polisin axtarış apardığı bildirilir.
Bu barədə mətbuat orqanının rəsmi sosial şəbəkə hesabında kadrlar yayılıb.
Qeyd edək ki, bu gün “Abzas Media”nın direktoru Ülvi Həsənli Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yeniavaz.com-a təsdiqləyiblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam