Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

CƏMİL HƏSƏNLİNİN ŞURA HÖKUMƏTİ

 

 

VƏ XARABA “YURD”DA  ƏLİ KƏRİMLİYƏ “ƏLLƏZİNƏ”Nİ  OXUTDURACAQ  ULTİMATİV ÇIXIŞ

 

ƏLİ KƏRİMLİ hələ də anlamaq istəmir ki, vaxtında atılan güllənin səsi vaxtsız atılan topun səsindən daha üstündür. Belə şeyləri anlamadığındandır ki, ona nəsə verəndə imam, alandasa Şümür kimi davranır.  Cəbhə daxilində Elçibəy ideyalarını tapdalamaqla, həmin məfkurədən yan keçməklə daha çox yurdlaşma siyasəti aparmaq ötən zaman kəsiyində Əli Kərimlinin siyasi strategiyasının əsas ana xəttini təşkil edib. “Cəhrə əyirsən don geyərsən” atalar misalının sehrindən çıxa bilməyən Əli Kərimlinin Yurdun siyasi elitasındak digər fiqurlara yumaq sarıtdırma istəyi hər zaman yarıda qalıb. Çünki yoldaş yolda tanınıb və nə qədər təəssüfləndirici hal olsa da, rəhmətlik Elçibəyin qurduğu AXCP fraksiyalara parçalanıb. Artıq o “YURD”da heç kim qalmadığından indi də Əli Kərimli müxalif birliyin daha da dərinləşməsi prosesində katalizatorluğunu davam etdirməkdədir. Bu qaranlıq mühitdə ona GENERATORLUQ edənsə “Milli Şura” kimi təqdim olunan CƏMİL HƏSƏNLİNİN ŞURA HÖKUMƏTİDİR...

 

İDEOLOGİYAYA SADİQLİK VƏ  SADİQLİKDƏN YARINMA DÜSTURU

 

Zaman-zaman Əli Kərimli elə fon yaratmağa çalışıb ki, guya AXCP adlanan qurumda o şəksiz və şəriksiz liderdir. Dostlarının güzəştə  getmək limitinin tükəndiyi ana qədər o, bu siyasətindən əl çəkməyib. İtirdiyi dostlarının sayəsində özünə gün ağlayıb. Məhz həmin dostların Nizamnamə sədaqəti hesabına Kərimli cəbhə ideologiyasıyla yanaşı paralel siyasət yürütməsini  zaman-zaman pərdələyə bilib. Dostların belə sədaqətindən öz maraqları naminə istifadə edən Kərimli indi də növbəti dostun güzəştə getmək limitinin hesabına yaşamaqdadır.  Nə oldu, bunun Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli? Bu atalar misalının bətnində gizlənən məqamları Cəbhə ideologiyasını yaşadanlara şamil etmək mənim hədəfim deyil. Amma Əli Kərimlinin yestlərinə əsasən özünün görə bilmə bucağı çərçivəsində ona demək olar. Nə oldu, QÜDRƏT HƏSƏNQULİYEV  pis oldu,  QULAMHÜSEYN ƏLİBƏYLİ pis oldu, ƏLİMƏMMƏD NURİYEV  pis oldu, həm siyasi, həm də hərbi savadıyla  canına millət yolunda fəda etməyə hazır olan ARİF PAŞA  pis oldu, MİRMAHMUD MİRƏLİOĞLU pis oldu,  ƏLİ MƏSİMLİ pis oldu, RƏFAEL BECANOV pis oldu, OQTAY GÜLALIYEV pis oldu,  FAZİL  QƏZƏNFƏROĞLU pis oldu, RAMİZ TAĞIZADƏ pis oldu, RAZİ NURULLAYEV pis oldu....., bir dənə Əli Kərimli yaxşı oldu?!  YALANÇININ....AXCP-NİN ƏN PİSİ ELƏ ƏLİ KƏRİMLİNİN ÖZÜDÜR. Adı çəkilən şəxsləri ən çox tərifləyən və ən çox dallarınca danışan da Kərimli olub. Axı Əli Kərimli hansı özəl kriteriyalarına görə adı çəkilən şəxslərdən öndə olub? Əksinə, Kərimli bütün kriteriyalara görə adı çəkilən şəxslərdən qat-qat aşağıda olub. Sadəcə olaraq, o zaman rəhmətlik Elçibəyin Kərimliyə göstərdiyi dəstəyə bu Adamlar güzəşt limitləri tükənənədək sadiq qaldılar və buna görə Kərimlinin həmin kəslərə də mənəvi borcu var. ƏLİ KƏRİMLİ CƏBHƏ İDEOLOGİYASINA XƏYANƏTKARLIĞINA GÖRƏ YURDDAN UZAQLAŞANLARDAN QAT-QAT ÖNDƏDİR...

 

SİYASİ  ROBOTLAR  DONSUZLARA  PAPAQ  AXTARIR

 

Əslində Cəmil Həsənlinin Şura hökumətinin əsas ideoloyi kursuna da Əli Kərimlinin dəsti-xətti hakim kəsilib. Təsadüfi deyil ki, xaricdən ötürülən XAMMALın emal prosesini həyata keçirməyi CƏMİL HƏSƏNLİNİN ŞURA HÖKUMƏTİ (bundan sonra - CHŞH) birbaşa özləri deyil, dövriyyəyə buraxdıqları  KƏNARDAN GƏLMƏ SİYASİ ROBOTLAR  vasitəsilə həyata keçiriblər və indi də keçirirlər. Maraqlıdır ki, həmin Siyasi Robotlar CHŞH-nin timsalında ikili oyun oynasalar da, siyasi düzəndə əynində donu olmayanların başında papaq axtarırlar. Bu nə baxış bucağı, bu nə düşüncə tərzidir?!  “Milli Şura” adlanan CHŞH özü qərbli siyasi texnoloqların əlində bir vasitəyə çevrildikləri halda onlardan uma-uma muma dönən Siyasi Robotlar da həmin siyasi əlillərin əl ağaclarına çevriliblər. CHŞH-nin  “ölüm briqadası” kimi qabağa verdiyi həmin Siyasi Robotlar tarixçi alimin əvəzindən danışır, öz partiya maraqlarını belə heç bir ideoloyi kursu, konsepsiyası olmayan “”qurum”a qurban verir, Əli Kərimlisayaq ikili mövqe nümayiş etdirirlər. Deməli, Əli Kərimli hər zaman olduğu kimi indi də həm CHŞH-nin iddiasını ortaya qoyur, həm də öz pozuculuq fəaliyyətini davam etdirərək partiyaların fraksiyalara ayrılması üçün əlindən gələni qablara çəkməyə çalışır.

Buna münasibətdə Siyasi Robotların davranışları başadüşülən deyil. Nədən? Çünki adıçəkilən qurumun önəmli gəlişmələrdə Cəmil Həsənli, Eldəniz Quliyev, Gültəkin Hacıbəylinin timsalında önə çıxması da bunu sübut edir. Maraqlıdır. Cəmil Həsənli özünün düşüncəsindən süzülüb gələn seçki siyahısını  təqdim edir və elə bununla da cəmiyyəti  ümidsizlik sindromuna yoluxdurur. Sonradan  deputatlığa namizəd olan yurnalist İLHAMİYYƏ RZA seçkisonrası duruma işarə vuraraq  ironiya dolu suallarını Cəmil Həsənliyə ünvanlayır, ancaq yenə də cavab verən Cəmil Həsənli deyil...

 

HƏMRƏYLİYİN MAHİYYƏTİ VƏ  SİYASİ MODELYERİN PƏHRİZ VETOSU

 

VHP Icra Aparatının rəhbəri Samir Əsədlinin CƏMİL HƏSƏNLİNİN ŞURA HÖKUMƏTİnin Koordinasiya Mərkəzindən uzaqlaşdırılmasını  və buna münasibətdə Samir bəyin sərgilədiyi mövqe ilə tanış olandan sonra  yuxarıda dediklərimdə yüzdə yüz haqlı olduğum bir daha üzə çıxdı. ”Milli Şura alternativ müxalif düşüncənin mərkəzidir” deyən siyasətçinin “əgər prezident aldadılırsa, deməli onun özü də aldadılmağa meyillidir. Bu cür idarəçilik olmaz” yanaşmasından doğan məntiqi onun rəhbərliyində təmsil olunduğu partiyaya şamil etsək, onda nələrin şahidi olarıq? MƏNTİQİ SUAL ORTALIĞA ÇIXIR: sən öz partiyanı müxalifət hesab etməməklə yanaşı həm də öz sədrini aldatdığını və onun da aldadılmağa meyilli olmasıyla bağlı atdığın gizli oxlarla kimlər üçün zər tutursan? İstənilən halda məqsədin nədən ibarət olması bir sirr olaraq qalır.

Baxın, Əli Kərimli ilə Cəmil Həsənli digər qurumda təmsil olunanlara naz satıb, özlərini Qərb dünyasına ölkənin birincilik qazanan siyasi modelyeri kimi təqdim edirlər. Və təbii ki, bunun qarşılığında da umacaqlarını əldə edirlər, əli boş qalansa həmin kəslərə dayaq duranlar olur. İKİNCİSİ, istədiklərini əldə edib ayaqları yer alandan sonra Əli Kərimliylə Cəmil Həsənli malik olduqları siyasi əxlaqın özəlliklərinə rəğmən dünən əl açdıqları adamın əlinə və dilinə pəhriz qoymaqla öz siyasi hegemonluqlarıyla bağlı daha bir eskizi ağalarına göndərirlər. Samir Əsədliyə seçkiyə qatılmaqla bağlı veto qoymaq da bunun tərkib hissəsi olub. Ancaq çoxundan fərqli olaraq Samir Əsədlinin “”mənim üçün partiya maraqları, partiya qərarları daha önəmlidir və birincidir” deyib, VHP Nizamnaməsi və VHP-çi elektoratla həmrəyliyini ortaya qoydu. Atdığı addımla yanaşı Samir Əsədlinin “mən Cəmil Həsənlinin vəkili olmuşam. Yəqin ki, münasibətlərimiz pozulmaz” deməsindəsə həm keçmişə boylanan həsrət, həm də keçmişdə gizlənən hansısa həqiqətin üstünü aça biləcəyilə bağlı ULTİMATİV ÇIXIŞ  var. Bunların hansının haqq olmasınısa zaman özü təsdiqləyəcək.  Nə yazıq ki, Samir Əsədlinin qarşılaşdığı halla eyniyyət  təşkil edən məsələyə münasibətdə çoxları hələ də  “milli maraqlar önə çıxanda mənim üçün partiya maraqları arxa plana keçir” deyə yurdçular kimi ikili mövqe nümayiş etdirirlər. Milli maraqlar hamı üçün birinci yerdədir. Ancaq bu sözün şərtlər daxilində istiqamətləndirici formatda təqdim olunması başqa məntiqdən xəbər verir. Məntiq onu deyir ki, deməli sənin də üzvü olduğun partiyanın başçısı və sıravi elektorat  vurğuladığın həmin “milli maraqlar”ı tapdalayıblar, bircə səndən başqa!!!!  

 

CƏMİL HƏSƏNLİNİN SİYASİ ELMƏ GƏTİRDİYİ YENİLİK  VƏ KÖTÜKDƏN YAPILAN BÜTLƏR

 

“Boykot  taktikası”nı seçən CƏMİL HƏSƏNLİNİN ŞURA HÖKUMƏTİ nəinki  öz çayxana yoldaşlarının, bütövlükdə ƏL  İÇİ MÜXALİF  Ətin mədə niyyətini təmin edən “ORS”unun maraqlarına tüpürdülər.  ƏLİ KƏRİMLİNİN  ”YURD”u hələ çayxana söhbətləri zamanından xaraba qalmışdı. İndi də Cəmil Həsənlinin yaşama formulasını təqdim edən tarixi tapıntısı qarğavari gedişlər etməyə öyrəşmiş Baş Yurdçunu  tam təmin edir. Tariximiz kimi Həsənlinin alimliyi də toz-torpağa batıb.

CƏMİL HƏSƏNLİ KİMİ BİR ALİMİ ŞURANIN UŞAQLARI GERÇƏK TARİXİMİZDƏN UZAQLAŞDIRDILAR. Bir zamanlar şair MUSA YAQUB da bunların toruna düşəndə mən də oxucusu olaraq “CANALI DAĞININ HARAYI”nı  “QOCA VƏLƏS”in diliylə çatdırdım. EŞQ OLSUN Kİ, yarı yoldan olsa da, Musa Yaqub qayıtdı...Ancaq...ancaq başqa bir mövzu da var, ona sonralar toxunacam. Amma Musa Yaqubdan fərqli olaraq Cəmil Həsənlini siyasi ekstaz vəziyyətinə gətirənlərin ucbatından tariximizin önəmli bir hissəsini tədqiq edən Adam sosial sirarişləri deyil, intellekti baxımından özünün onda biri səviyyəsində olmayanların kölgəsində daldalanmaqdadır. Vəzifələrsə növbəlilik prinsipinə əsaslanır. BELƏ YATAYATLA  O SİYASİ  ELMƏ YENİLİK GƏTİRDİ: Elmi siyasətə qurban verənlər “ALİM” olmadılar, çünki “ALIM” sevdasıyla siyasi müstəvidə dolananlar üçün o kəslər bir obyekt oldular. Bu yeniliyi Cəmil bəy həm nəzəri, həm də əməli baxımdan sübut etdi. CƏMİL HƏSƏNLİNİN ŞURA HÖKUMƏTİ ÖZLƏRİNİ ALDADA BİLƏRLƏR, ANCAQ CƏMİYYƏTİ YOX. ÇÜNKİ YARATDIQLARI BÜTLƏRİN KÖTÜKLÜKLƏRİ  AXC ADLI QOLLU-BUDAQLI AĞACI  KƏSDİKLƏRİ  ZAMANDAN GÖRÜNÜB

 

QUŞ HƏDDİNDƏKİ XƏYANƏTKARLIQ

 

Şuraçıların seçkiqabağı şəraiti özünəməxsus tərzdə  qiymətləndirmələriylə bağlı yaydıqları bəyanat  adamda həm ikrah, həm də gülüş doğurur. Bunlar  “ağır cinayətlərdə suçlandırılan Leyla və Arif Yunusovlar, Xədicə İsmayılova” kimi insanların həbsdə olmasını, “ölkənin əsas müxalifət partiyası AXCP”nin  (???!!!!) yeddi qərargah dəyişməsini, sadalanan və öz təmsilçiliklərində olan şəxslərin timsalında “real siyasi alternativlər”in(???) seçki prosesindən kənarda qalmalarını bağışlanılmaz hal kimi qəbul edir və bütün bunlara etiraz əlaməti olaraq  “boykot  taktikası”na  optimal variant statusu verirlər.

Mən Xədicənin hansısa beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinin çıxışına etiraz əlaməti olaraq erməniylə birgə qulaqcıqlarını taxıb yambız oynatmasını görəndə dəhşətə gəldim! Mən Yunusların,  Elçibəy hakimiyyəti dönəmində hansı “analitik informasiyalar”dan necə istifadə olunmasını və bu ailənin erməni qəbiristanlıqlarına münasibətdə hansı mövqe sərgiləməsini görəndə yenə də dəhşətə gəldim!  DÖVLƏTÇİLİYİMİZƏ QARŞI MÜXALİFƏTDƏ OLMAĞIN BİR ADI VAR – O DA XƏYANƏTDİR!!! XƏYANƏTKARLARA “SİYASİ MƏHBUS” DONU GEYİNDİRMƏYİN!  XARİCİ KƏŞFİYYATIN HESABATINA MƏTBU NƏFƏS VERMƏK ADAMIN UÇURULAN QUŞ HƏDDİNDƏKİ TƏQDİMATIDIR, YURNALİSTİKA DEYİL!!!  ŞİŞİRTDİYİNİZ, ÖDÜLLƏNDİRDİYİNİZ YURNALİSTLƏR VƏ SİYASƏTÇİLƏRİN HAMISI QUŞ HƏDDİNDƏDİRLƏR!!!

 

ŞURA XALANIN  ÖZ BAŞINA DÖYƏCLƏYƏN LEGİONER ÖVLADI

 

Keçək həmin bəyanatın “hüququ çərçivə” bölümünə. Bu bölümdə Cəmil Həsənlinin Şura hökuməti boylarından belə yuxarı tullanaraq seçki komissiyalarının tərkibinin də “”real müxalifətin iştirakıyla formalaşması”ndan (yəni, parlamentdə təmsil olunmayan ƏL İÇİ MÜXALİFƏTdən - ???) dəm vururlar.  Hər halda Gültəkin Hacıbəyli bilməmiş deyil ki, komissiyalar hansı şərtlə, hansı arqumentlə formalaşdırılır. YERİ GƏLMİŞKƏN, bir məqama da toxunaq. Atılan addımların fonunda belə qənaətlə çıxış etmək mümkündür ki, əgər sabah Siyavuş Novruzovla Kəmaləddin Heydırov işdən çıxarılarsa və onlar Əligilin CHŞH-nə müraciət edərlərsə, olacaqlar “”REAL MÜXALİFƏT”(!!!!) ...

Bu da bir növ düşüncə azadlığıdır, qoy düşünsünlər, hələ ki, bu düşüncədən də irəli getməyiblər.  Diqqəti cəlb edənsə başqa bir məqamdır. ”Milli Şura alternativ müxalif düşüncənin mərkəzidir” deyən ŞURANIN LEGİONER SİYASƏTÇİSİ nin  “əgər prezident aldadılırsa, deməli onun özü də aldadılmağa meyillidir. Bu cür idarəçilik olmaz” yanaşmasından doğan məntiqi onun rəhbərliyində təmsil olunduğu partiyaya şamil etsək, onda nələrin şahidi oluruq. DEMƏLİ, sən öz partiyanı müxalifət hesab etməməklə yanaşı həm də öz sədrini aldatdığını və onun da aldadılmağa meyilli olmasıyla bağlı gizli oxlarını kimlərinsə hücumuna start vermək üçün nümayişkaranə bir şəkildə atırsan. Ancaq məqsədin nədən ibarət olması bir sirr olaraq qalır.

Həmişə vurğuladığım bir məqamı yenə də təkrarlamaq zorundayam: dayandığı düşərgədən fərqli olmayaraq siyasi dramaturgiyamızın boyundan yuxarı tullanmağa çalışan qüvvələri nə qədər ki, dövlətçilik və millətçilik eşqiylə YAŞAMAnı bir yana qoyub, sadəcə olaraq, ağalarının sifarişilə GÖSTƏRMƏK üçün suflyor və dublyor qismində səhnəyə çıxırlar, bir o qədər də cəmiyyətin nifrətiylə qarşılaşacaqları labüddür. Bu baxımdan Cəmil Həsənlinin Şura hökumətindəki siyasi rəqqasların bugünkü yaradıcılıqlarının  əsas leytmotivində dayanan aldadıcı yestlərlə “yerim dardır” demələri cəfəngiyyatdan başqa bir şey deyil.  Elə bunun görüntüsüdür ki, yurnalistin “MİLLİ ŞURADA NƏ VAR, NƏ YOX, ORADA NEYNİYƏ BİLİRSİNİZ E?” kimi suallarında bir sarkozm, bir ələsalma hiss olunur. Mən belə sarkozmları sizlərə rəva görmürəm. İndi bütün mənalarda növbə sizindir -  addımınızı atın ki, sizi tanıyaq. Və bu yazı tam zamanında olmasa da, ancaq vaxtında atılan güllədir. Özü də göyə atıldı ki, ayılasınız. Sonradan top səsinə diksinməyin. Cəhrə əyirənlərin sifarişinə uyub kələfinizi dolaşıq salmayın!

 

 

P. S: BAŞQASInın əliylə aş yeyənin qarnı doymadığı kimi daşınma su ilə də dəyirman işləməz....

 

İGİD  TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam