Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Dağıstanda hava limanı blokadaya alındı -SƏBƏB

Mahaçqalada nə baş verir... - İsrail təyyarəsinə görə silahlar işə düşdü - VİDEO

             Dağıstanın Mahaçqala şəhərində yerləşən hava limanında izdiham yaşanıb.

Yenixeber.org: Yerli mətbuat xəbər verir, İsraildən gələn təyyarə Mahaçqalaya enməmişdən əvvəl bir neçə min insan hava limanına toplaşıb.

Aksiya iştirakçıları İsraildən gələnlərə etiraz ediblər və Fələstin xalqına dəstək olaraq ifadə ediblər. Etirazçılar "Allahu Əkbər" deyə qışqırıblar.

Sonra bir neçə yüz aqressiv şəxs terminalın binasına soxulub. Toplananların digər qrupları gələn sərnişinlərin pasportlarını yoxlayaraq hava limanından çıxan avtomobillərdə “axtarış” təşkil ediblər. Etirazçılar İsrail vətəndaşlarını axtarırlar.

Bəzi etirazçılar hava limanının uçuş zolağına çıxıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları razı salmaq və havaya atəş açmaqla baş verənlərin qarşısını almağa çalışıblar, lakin onların qüvvələri vəziyyəti nəzarətə götürmək üçün kifayət etməyib.

Rusiya Qvardiyasının əsgərləri hava limanına daxil olub.

Uytaş hava limanının işi iflic vəziyyətə düşüb. Nijnevartovsk-Mahaçqala reysi hava limanındakı etirazlara görə Mineralnıye Vodıya yönləndirilib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti Mahaçqala hava limanının “naməlum şəxslərin içəri daxil olması səbəbindən” gəliş və uçuşlar üçün bağlandığını bildirib.

Şimali Qafqaz regionlarının rəhbərləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda respublikaların əhalisini sakit olmağa və aqressiv çağırışlara uymamağa çağırıblar.

Dağıstanın başçısı Sergey Melikov, Qaraçay-Çərkəzin rəhbəri Rəşid Temrezov və Kabardin-Balkar lideri Kazbek Kokov qeyd ediblər ki, Yaxın Şərqdə baş verən hadisələrə heç kəs biganə deyil. Bununla belə, təxribatlara uymamaq lazımdır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam