Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İranda etirazlar zamanı qətlə yetirilən 372 aksiyaçının şəxsiyyəti müəyyən edilib

 İranda keçirilən etirazlar zamanı rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilən 372 aksiya iştirakçısının şəxsiyyəti müəyyən edilib.

Yenixeber.org: Məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, onların 58-i 18 yaşadək olan uşaq və yeniyetmə, 33 isə qadınlardır.

Məlumata görə, İranın 31 əyalətindən 25-də rejim qüvvələrin öldürdüyü etirazçıların kimliyi müəyyən edilib.

Bildirilib ki, ən çox qətlə yetirilənlər üzrə Sistan və Bəlucistan əyaləti birinci yerdədir. Bu bölgədə rejimin hərbi polis qüvvələrinin qətlə yetirdiyi 108 nəfərin kimliyi müəyyən edilib. Sonrakı yerdə Qərbi Azərbaycan (47 nəfər), Tehran (44 nəfər) və s. gəlir.

Rejim qüvvələri ən qanlı hadisələri sentyabrın 29-30-u, noyabrın 4-5-i və 24-26-da törədib.

Hüquq müdafiəçilərinin apardığı araşdırmalara əsasən, aksiya zamanı öldürülən etirazçıların sayı 500-dən çox olub.

Xatırladaq ki, 2022-ci ilə sentyabrın 17-də İranda rejimin tətbiq etdiyi hicab qaydalarına etiraz olaraq kütləvi nümayişlər, yürüşlər keçirilib. Aksiyalarda Tehran hakimiyyəti əleyhinə “Diktatora ölüm!”, “Bu hakimiyyət batildir, Xamenei qatildir!”, “Azadlıq, Ədalət, Milli hökumət”, “Qadın, Azadlıq, Ədalət!” və başqa şüarlar səslənib. Aksiyalar hələ də davam edir. Hakimiyyət hicab qaydaları ilə bağlı yeni qanun layihəsini müzakirə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam