Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu-FOTOLAR

 

 “Nar” “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən üçüncü “YAŞAT” düşərgəsində iştirak edib. “Nar”ın da dəstəkçilərindən olduğu layihənin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş səhid övladlarının yay tətillərinin səmərəli keçirilməsinə və onların şəxsi inkişaflarına dəstək olmaqdır. 

Yenixeber.org: Mobil operator düşərgənin 3-cü həftəsində 40-dan çox iştirakçı üçün Diksiya Akademiyası ilə birgə Azərbaycan dilində səlis nitq bacarıqları üzrə interaktiv təlim təşkil edib, uğurlu çıxışların ən vacib elementləri öyrədilib. Təlimin sonunda iştirakçılara “Nar” tərəfindən dəyərli hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, “Nar” şəhid övladlarının təhsilinə dəstək istiqamətində müxtəlif təqaüd proqramları həyata keçirmiş və sosial layihələrə müəlliflik etmişdir. Layihələr haqqında daha ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz. 

“Nar” haqqında:

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam