Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Aİ Belarus vətəndaşları və şirkətlərinə qarşı sanksiya tətbiq etdi

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəyə görə Belarusun 38 vətəndaşı və üç şirkətinə sanksiya tətbiq edib.

Yenixeber.org: Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan müvafiq sənəddə deyilir.

“Belarusdakı vəziyyətin ciddiliyini və Rusiyanın Ukraynaya təcavüzündə iştirakını nəzərə alaraq, siyahıya 38 fiziki və üç hüquqi şəxs daxil edilməlidir”, - deyə məlumatda bildirilir.

Qara siyahıya Belarus hakimləri, müstəntiqləri, jurnalistlər, təhlükəsizlik işçiləri daxil edilib. Bundan əlavə V.İ.Kozlov adına Minsk Elektrotexnika Zavodu, BMZ (BMK holdinqinin idarəedici şirkəti), habelə Belarus Dövlət Neft və Kimya Konserni də sanksiyalara məruz qalıb.

Qara siyahıya düşən bütün şəxslərin Aİ-yə girişi qadağan edilib. Həmçinin, onların aktivləri aşkar edilərsə, dondurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam