Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

BMT:"Tətillər İranın su və elektrik enerjisi problemini həll etməyəcək"

 İranın vəziyyəti “su, elektrik və qaz iflası” kimi xarakterizə olunmaldır. Toz və havanın çirklənməsi problemi ölkədə tətillə həllini tapmadığı kimi, bu problemin də tətillə həlli yolu yoxdur.
Yenixeber.org: Həsən Ruhaninin ikinci hökumətində Ətraf Mühitin mühafizəsi təşkilatının müavini olmuş və təhlükəsizlik qurumlarının təzyiqi altında istefaya çıxaraq İranı tərk edən, hazırda BMT-nin Su Təhlil mərkəzinin direktoru Kavə Mədəni belə bəyanat verib. Keçmiş məmur İranın idarəçilərinin səhv bənd tikintisi və səhv idarəetmə siyasətinin mövcud vəziyyətə gətirib çıxardığını söyləyib.
“İranın qaz iflasının kökləri onun su iflasının köklərinə çox bənzəyir, lakin su və enerji sektorlarında çox mühüm fərq var. İranın su ehtiyatları təbii olaraq aşağıdır. Amma İran dünyada ən böyük qaz ehtiyatlarına malik olan ölkələrdən biridir. Bu mühüm fərq bizə bir daha sübut edir ki, ilkin kapitalın miqdarından asılı olmayaraq, biznesmen ticarəti bilməsə, gec-tez bütün kapitalı havaya uçuracaq və müflisləşəcək”, - Mədəni deyib.
Qeyd edək ki, ötən illər ərzində İran hökuməti elektrik enerjisi istehsalının artırılması üzrə planlaşdırdığı layihələri həyata keçirə bilməyib. Energetika nazirliyinin cari ilin birinci rübünün statistikası da göstərir ki, bu ilin yazında 2023-cü il üzrə elektrik enerjisi istehsalının artım planı cəmi 5%-i yerinə yetirilib və belə tendensiya xüsusilə yay aylarında elektrik enerjisi qıtlığına səbəb olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam