Norveç dost olmayan ölkələr siyahısına daxil edilib
Rusiya hökuməti Norveçi dost olmayan ölkələr siyahısına daxil edib.
Yenixeber.org: Bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.
“Hökumət Norveç Krallığını Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil edib”, - deyə hökumət bildirib.
Qeyd edək ki, Rusiya mart ayında dost olmayan ölkələrin siyahısını tərtib edib. Siyahıya Avropa İttifaqı dövlətləri və daha 21 ölkə daxildir.