Redaktor seçimi
Günün xəbəri

Nabranda istirahət mərkəzində yanğın olub

Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.

Yenixeber.org: Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 m² olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və çamaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam