Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Uqandada “ASAN xidmət” mərkəzi açıldı -FOTOLAR

Uqandada “ASAN xidmət” konsepsiyası əsasında ilk mərkəz açılıb. 

Yenixeber.org: Bu barədə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Uqanda Respublikasının Hoima şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı baş tutub. 

Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və digər qonaqlar iştirak ediblər. 

Azərbaycan və Uqanda bayraqlarının ucaldıldığı tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib. 

Uqandalı nazir Azərbaycan Prezidenti və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək yeni xidmət mərkəzinin Afrikada yerləşən digər ölkələrə də nümunə olacağını qeyd edib. 

Ülvi Mehdiyev bu əlamətdar hadisə münasibətilə Uqanda tərəfinə təbriklərini çatdırıb və bundan sonra da “ASAN xidmət”in dövlət xidmətlərinin təkmilləşdirilməsində dəstəyini ifadə edib. 

Ardınca Mərkəzin inzibati binasının qarşısında xatirə lövhəsi yerləşdirilib və burada fəaliyyət göstərəcək xidmətlərlə tanışlıq baş tutub. 

Uqandanın ilk regional xidmət mərkəzi olan Dövlət Xidmətləri Mərkəzində 14 dövlət qurumunun 30-dan çox xidməti həyata keçiriləcək. 

Tədbir çərçivəsində uqandalı nazirə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı da təqdim edilib. 

Sonda Uqandanın milli musiqiləri və rəqsləri nümayiş etdirilib. 

Dövlət Agentliyinin nümayəndə heyəti səfər çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Museveni tərəfindən qəbul edilib, həmçinin bir sıra nazirliklərdə, qurumlarda işgüzar görüşlər keçirib. Görüşlərdə hər ilk ölkə arasındakı münasibətlərin dərinləşdirlməsi, müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf istiqamətində müzakirələr aparılıb. 

21 sentyabr 2018-ci il tarixində Dövlət Agentliyi ilə Uqandanın Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumun məqsədi Uqanda Respublikasında dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır. 

Hazırda Dövlət Agentliyi tərəfindən "ASAN xidmət" təcrübəsinin paylaşılması istiqamətində 20 dən çox ölkə ilə əməkdaşlıq davam edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam