Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Rusiyalı turistləri daşıyan gəmi Gürcüstanda etirazla qarşılanıb

Rusiyalı turistləri daşıyan kruiz layneri “Astoria Grande”nin Gürcüstanın Batumi limanına növbəti səfəri də etirazla qarşılanıb.

Yenixeber.org:  Türkiyənin Trabzon limanından yola düşən gəmi saat 06 radələrində Batumi limanına çatıb. Layneri gecə saatlarından etibarən etiraz aksiyası keçirən, əllərində Gürcüstan və Ukrayna bayraqları, həmçinin müxtəlif plakatlar tutan aksiyaçılar qarşılayıblar. Etiraz aksiyasında müxalif Vahid Milli Hərəkat partiyasının üzvləri də iştirak ediblər. Aksiya zamanı polislə qarşıdurma olduğu, təxminən 10 nəfərin saxlanıldığı bildirilir. Yerli KIV polisin aksiyaçılardan birini döyməsi ilə bağlı məlumat yayıb.Daha əvvəl yayılmış xəbərlərdə gəminin göyərtəsində Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən Rusiya vətəndaşlarının olması barəsində məlumat yayılıb. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Palau bayrağı altında üzən kruiz gəmisinin sanksiyalara məruz qalmadığını və dünyanın müxtəlif limanlarına sərbəst hərəkət edə bildiyini açıqlayıb.Bununla belə “Mtavari Arxi” telekanalı kruiz gəmisinin sahibi olan şirkətə ABŞ və Ukrayna tərəfindən sanksiya tətbiq edildiyi barədə məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam