Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Zəngəzur dəhlizi Zəngilanda müzakirə ediləcək -Səfirliklər dəvət olundu

16-17 noyabr 2023-cü il tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan  Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Yenixeber.org: Bu barədə İqtisadiyyat İnstitutundan məlumat verilib.
Konfransda “Zəngəzur dəhlizi”nin region ölkələrinin iqtisadiyyatına və dünya ticarətinə təsirləri, onun texniki-iqtisadi və maliyyə təminatı məsələləri, dəniz daşımalarına mümkün təsirləri kimi problemlər müzakirə olunacaq.Nəqliyyat, logistika, kommunikasiya sahələrini idarə edən dövlət qurumlarının, Orta dəhliz üzərində yerləşən ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycandan və xarici ölkələrdən olan alimlər, ölkələrarası daşımaçılıq üzrə ekspertlər Konfransda iştiraka dəvət ediliblər.Konfrans, birinci iş günü Zəngilanda, ikincisi isə Bakıda olmaqla 2 gün ərzində əyani formada keçiriləcək. Məruzə və müzakirələrin İnternet üzərindən açıq izlənməsi imkanı təmin ediləcək.Konfransın işçi dilləri – Azərbaycan, türk, ingilis və rus dilləri olacaq.

İştirak üçün müraciətlər, məqalələr və məruzə tezisləri bu il oktyabrın 15-dək ([email protected]) qəbul ediləcək

Konfransın materialları kitab şəklində nəşr olunacaq. Təqdim olunan əsərlərin tərtibi qaydaları ETN İqtisadiyyat İnstitutunun saytında yerləşdirilib (//economics.com.az/). 

Əlavə məlumatları Təşkilat Komitəsinin əlaqələndiricisi, i.f.d., dosent Azər Səfərovdan almaq mümkündür (mob.: +994 50 747 26 49).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam