Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Vaqner"in maliyyə problemləri yaranıb -Priqojin aktivlərini satır

"Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin əhəmiyyətli dərəcədə maliyyə çətinliyi ilə üzləşib.
Yenixeber.org: Bunu adının çəkilməsini istəməyən qərb rəsmisi deyib. Həmin məmura istinad edən BBC-nin müxbiri Qordon Korera yazıb ki, Priqojin Rusiya daxilində və xaricdəki aktivlərini satmağa başlayıb. Bundan başqa o, həm də vaqnerçilərin sayını azaldır.
"Onun pul axını ilə bağlı problemləri var" - Qərb rəsmisi qeyd edib.
Bundan əlavə, Priqojinin Belarusda məskunlaşmasına baxmayaraq, son həftələrdə onun hərəkətləri məhdudlaşdırılıb. "Vaqner" rəhbərinin təyyarəsi əvvəllər tez-tez uçuşlar edirdi. Lakin Priqojinin həmin uçuşlarda işitrak edib- etməməsi məlum deyil.

Xatırladaq ki, iyunun 23-dən 24-dək Priqojinin silahlı dəstələri uğursuz şəkildə hərbi üsyan etdilər. Hərbçilər Priqojinin tapşırığı ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu vəzifədən uzaqlaşdırmaq üçün Moskvaya doğru yola çıxmışdılar. Lakin silahlılardan ibarət kolonlar artıq Rusiya paytaxtının yaxınlığında olanda "Vaqner" rəhbəri gözlənilmədən fikrini dəyişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam