Yenixeber.org: ABŞ-nin kəşfiyyat idarəsinin rəsmilərini bir qrup müxbirlə görüşdə açıqladıqları məlumata görə, Rusiyada pilotsuz təyyarələr istehsalı kompleksi tamamlanmaq üzrədir və bu müəssisə İranın Rusiyaya təhvil verdiyi PUA-ların sayından daha çox istehsal edə bilər.
Peyk görüntüləri Moskvadan 600 mil aralıda, Tatarıstanda yerləşən Alabuqa Azad Ticarət zonasında dron zavodunun tikintisini də göstərir. Analitiklərin fikrincə, İran bu kompleksin inşasına kömək etmək üçün Rusiyaya avadanlıq ötürür.
Təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə analitiklər Amerika şəbəkəsinə bildiriblər ki, İran indiyədək Rusiyaya 400 “Şəhid 131, 136” və “Mühacir” kamikadze pilotsuz təyyarələri çatdırıb ki, Rusiya ordusu da bunların hamısından istifadə edib.
Lakin digər mənbələrdən gələn xəbərlər İranın Rusiyaya verdiyi PUA-ların sayının bu rəqəmdən qat-qat çox olduğunu göstərir və Ukrayna Müdafiə nazirliyi də İran istehsalı olan 600-dən çox PUA vurduğunu bildirir. “CNN”, həmçinin İranın Xəzər dənizi vasitəsilə və tanker izləmə sistemini söndürməklə Rusiyaya hərbi silah ötürdüyünü vurğulayır.
ABŞ:Rusiya Tatarıstanda PUA zavodu tikir
