Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Bayden növbəti səhfi:"ABŞ-da pandemiyadan 100-dən çox insan ölüb"

 

ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı səhvən ölkədə pandemiya səbəbindən 100-dən çox insanın öldüyünü söyləyib.

Yenixeber.org: “Qeyd etdiyim kimi, ölkəmizdə 100-dən çox insan həlak olub. Mətbəx masasının ətrafında 100 boş stul var”-deyə, o bildirib.

Ağ Evin mətbuat xidmətinin daha sonra dərc etdiyi stenoqrama əsasən, Bayden ABŞ-da yeni növ koronavirus səbəbindən 100 deyil, 1 milyondan çox insanın öldüyünü deməli idi.

Ötən ilin noyabr ayında 80 yaşı olan Bayden tez-tez mövzuya aid olmayan sözlər deyir. Eyni zamanda ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda keçirilən Qlobal Fondun yeddinci konfransında əllərini havaya qaldırıb və səhnədə sanki kimsə varmış kimi sağollaşmaq istəyib.

ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxış edərkən vəzifəsini də səhv salmışdı. Belə ki, dövlət başçısı toplantı iştirakçılarına Delaver ştatından olan ilk senator olduğunu deyib, amma əslində ilk prezident olduğunu deməli idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam