Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Krıma da PUA-larla hücum edildi -Sakinlər təxliyə olundu

Rusiya tərəfindən ilhaq edilən Krım yarımadası üzərində 11 ədəd pilotsuz uçan aparatı (PUA) zərərsizləşdirilib. 

Yenixeber.org:Bu barədə Rusiya tərəfindən yarımadaya təyin edilən Sergey Aksenov məlumat verib. 

Onun sözlərinə görə, PUA-nın qalıqları Kirovski rayonunda fərdi yaşayış evinə, həmçinin Cankoy rayonundakı sursat anbarına ziyan vurub. Zərərçəkənlər barədə məlumat yoxdur. 

Cankoy rayonu və Cankoy-Simferopol avtomobil yolunda dəmir yolu hərəkəti dayandırılıb. Məhdudiyyətlər təhlükəsizlik məqsədilə tətbiq edilib. 

Aksenov Cankoy rayonundakı fövqəladə vəziyyət yerindən 5 km radiusda yerləşən kəndlərin əhalisinin təxliyə edildiyini açıqlayıb.  

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya da pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Nazirlik bildirib ki, hücumda istifadə edilən iki PUA zərərsizləşdirilib. Hadisə nəticəsində itki olmadığı qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam