Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Aydın Mirzəzadə:"Tolstoy fikirlərinə görə Azərbaycandan üzr istəməlidir"

 Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun təxribatçı çıxışındakı fikirlərinə etiraz edib.

Yenixeber.org: Rusiya Dövlət Dumasının vitse-spikeri böyük səhv edir.

A.Mirzəzadə vurğulayıb kİ, onun söylədiyi fikirlər beynəlxalq hüquq normalarına, Rusiyanın rəsmi siyasətinə, hakim Vahid Rusiya Partiyasının siyasi xəttinə ziddir: "Pyotr Tolstoy bilməlidir ki, bugünkü dünyada sülhün, stabilliyin qorunmasının əsas şərtlərindən biri dövlətlərin suverenliyinə, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır. Pyotr Tolstoyun dedikləri orta əsr təfəkkürünün, Çar Rusiyasının işğalçılıq ideologiyasının qalığıdır".

Milli Məclisin deputatı qeyd edib ki, Tolstoy tanınmış tele-jurnalistdir və efir verilişləri ilə parlament mövqeyini dəyişik salır: "O bilməlidir ki, dünyanın müstəqil dövlətlərinin hər biri öz müstəqilliyinin keşiyindədir. Beynəlxalq hüquq da dövlət müstəqilliklərinin keşiyindədir. Pyotr Tolstoy bu fikirlərinə görə ilk növbədə Azərbaycandan üzr istəməlidir. Onun söylədiyi fikirlər Rusiya Prezidentinin, hakimiyyətinin, hakim Vahid Rusiya Partiyasının siyasi mövqeyinə ziddir və bu cür fikirlər iki dövlət arasındakı münasibətləri böyük zərbə altında qoyur".

Aydın Mirzəzadə Rusiyanın rəsmi dairələri qısa bir zamanda hakim partiyanı təmsil edən vitse-spiker postunda olan Tolstoyun fikirlərinə aydınlıq gətirəcəklərinə və təkzib edəcəklərinə inandığını deyib: "Rusiyanın bu gün Azərbaycanla münasibətləri var. Azərbaycanla Rusiya strateji müttəfiqlərdir və strateji müttəfiqin suverenliyini şübhə altına almaq siyasətçi üçün bağışlanmaz, böyük səhvdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam