Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Dövlət müstəqilliyini bəyan edilməsinin 30 ili -nələr itirdik, nələr qazandıq...

 

30 avqustuda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamənin Azərbaycan Ali Sovetində qəbul edilməsinin 30 ili tamam oldu.

Yenixeber.org: Bu hadisə Azərbaycanın müstəqilliyinin əldə edilməsi uğrunda aparılan mübarizənin çox mühüm tarixi hadisəsidir.  Dövlət müstəqilliyinin bərpası daha iki mərhələdən keçib: 1991-ci il oktyabrın 18-də parlament Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktı aktı qəbul edib, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsi ilə təsdiqlənib.

Müstəqillik Bəyannaməsinin qəbulu xalqın iradəsi, Azərbaycan Xalq Cəbhəsinin Ali Sovet ətrafında təşkil etdiyi fasiləsiz mitinqlər, parlament daxilində istiqlalçı millət vəkillərinin apardığı fədakar mübarizə nəticəsində mümkün olub. Dövlət Müstəqilliyinin Bərpası haqqında 18 oktyabr 1991-ci ilin konstitusiya qanunu 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi sənədlərinə və Azərbaycan Ali Sovetinin qəbul etdiyi 30 avqust Bəyannaməsinə əsaslanır. Həmin tarixi Bəyannamənin qəbulundan keçən bu 30 iildə Azərbaycanın başına çox işlər gəlib, ən ağırı əlbəttə ki, Qarabağın işğal illəridir.

30 illiyi həmin günlərin qəhrəmanları necə xatırlayırlar? 30 il əvvəl nə düşünürdülər, bugünkü Azərbaycanı görə bilirdilərmi?

Sülhəddin Əkbər: "Azərbaycan lazım bilsə, Rusiya sülhməramlılarını  Qarabağdan çıxarar'' - BBC News Azərbaycanca

Sülhəddin Əkbər: “Əslində Azərbaycanın dövlət müstəqilliyinin bərpası məhz 30 avqustdan hesablanmalıdır”

İstiqlalçı deputat, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, 30 il əvvəl onun 31 yaşı var idi. Ən böyük dəyişiklik yaş və yaşla birlikdə gələn təcrübə, siyasi təcrübədir,  şəxsi həyatında ən böyük dəyişiklik budur. Dövlətimiz və xalqımızın həyatında isə 30 ildə həm müsbət, həm də mənfi istiqamətdə həddən artıq çox sayda hadisələr yaşanıb. Təbii ki, bir xalq üçün dövlət müstəqlliyini əldə etmək asan başa gələn olmur. Bizim üçün də asan olmayıb: “Azərbaycan xalqı və demokratik istiqlalçı qüvvələr çox ağır mübarizə yolunu 1991-ci ilin 30 avqustuna qədər qət etmişdi. 1991-ci ilin 30 avqustundan bir neçə gün öncə SSRİ-də uğursuz QKÇP baş vermişdi. Artıq Rusiyada şərti olaraq demək mümkündürsə demokratlar qalib gəlmişdi. Demokratik dalğa bütün SSRİ məkanına, o cümlədən də Azərbaycana yayılmışdı. Azərbaycanda onsuz da 1990-cı ilin 20 yanvarından sonra böyük vüsət götürmüş milli azadlıq hərəkatına yeni impuls vermişdi. Azərbaycan milli azadlıq hərəkatının parlamentdə təmsilçiləri olan bizlər də-Demokratik Azərbaycan Bloku da Azərbaycanın dövlət müstəqilliyinin bərpası yönündə ardıcıl düşünülümş strategiyanın əsasında addımlar atırdıq. 30 avqustdan öncə biz Azərbaycanın iqtisadi müstəqilliyi haqqında müvafiq sənəd qəbul etmişdik və ardınca avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini qəbul etmişdik. Əslində Azərbaycanın dövlət müstəqilliyinin bərpası məhz 30 avqustdan hesablanmalıdır. Yeri gəlmişkən mən ictimai-siyasi müzairəyə belə bir təklif verirəm ki, biz artıq bunu ciddi şəkildə müzakirə eləməliyik, bizim dövlət müstəqilliyimizin bərpası məhz 30 avqustdan hesablanmalıdır Bu, qətiyyən 18 oktyabrın əhəmiyyətini azaltmaq anlamında qəbul edilməməlidir. Onu da nəzərə almaq lazımdır ki, 30 avqust eyni zamanda qardaş Türkyədə Zəfər bayramıdır. İki qardaş dövlətin bu iki qoşa bayramı bir yerdə qeyd eləməsi də simvolik olardı. Bütün dünyada müstəqilliyin bərpası məhz onun bəyan olunması ilə eyni tarixə düşür. Azərbaycanın Dövlət müstəqilliyi haqqında Bəyannaməni məhz 30 avqust 1991-ci ildə qəbul etmişik. Bəzən bizi tənqid edirlər ki, Azərbaycan 18 oktyabrda Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul eləyəndə artıq neçə respublika öz müstəqilliyini elan eləmişdi. Bəli, biz də elan eləmişdik, məhz 30 avqustda elan eləmişdik, QKÇP-dən bir gün sonra elan eləmişdik”.

S.Əkbər onu da qeyd etdi ki, həmin Bəyannamə layihəsinin hazırlanması, müzakirələrin getməsi, buna qarşı müqavimət xeyli vaxt apardı və Bəyannmənin qəbulu bir neçə gün yubandı: “Biz parlamentdə çoxluq təşkil etmirdik ki, elə istədiyimiz gün iclası çağıraq, istədiyimiz gün onu gündəliyə salaq və qəbul edək. Biz Ali Sovetdə çox azlıqdaydıq. Amma çox aktiv mütəşəkkil bir qrup idik. Arxamızda da Azərbaycan Xalq Cəbhəsi, milli azadlıq hərəkatı kimi nəhəng bir qüvvə, xalq dəstəyi var idi. Biz ölkəmizin perspektivini açıq aydın şəkildə görürdük. Onsuz da 20 yanvardan sonra Azərbaycanda xalq hərəkatı istiqlal yolunu tutmuşdu.  30 avqustda qəbul olunan Bəyannamənin qəbulu İqtisadi müstəqillik haqqında Sənəddən sonra ikinci addım idi. Üçüncü addım da təbii ki, Azərbaycanın 18 oktyabrda qəbul etdiyimiz Dövlət Müstəqilliyi haqqında Konstitusiya Akt idi. Bu Aktı qəbul etməklə biz artıq dövlət müstəqilliyinə konstitusion əsas verdik. Amma siyasi baxımdan müstəqilliyin elanı 30 avqust 1991-ci ildir. Məncə Azərbaycan dövlət müstəqilliyinin bərpası gününü məhz 30 avqust qeyd etməlidir. Biraz gecikmiş də olsa mən bütün Azərbaycan xalqını Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edirəm”.

S.Əkbər vurğuladı ki, 30 illiyi biz zəfərlə, ikinci Qarabağ savaşında qələbə ilə qeyd edirik və bu sevindiricidir: “Bizim amalımız, ideyamız azad, müstəqil, demokratik, rifaha qovuşmuş parlamentli respublika qurmaq idi. Məqsədimiz sosial hüquqi dövlət qurmaq, tam müstəqlliyə nail olmaq idi. İndi biz dövlət müstəqilliyi istiqamətində təbii ki, torpaqlarımızın azad olunmasını da nəzərə alsaq böyük irəliləyişə nail olmuşuq. Amma hələ də torpaqlarımıza təəssüf ki, yenidən qayıdan rus qoşunları var, adı nə olursa olsun. Biz hələllik tam müstəqilliyə və tam azadlığa bu mənada nail ola bilməmişik. Düzdür, onlar siyasi hüquqi baxımdan götürsək müvəqqəti yerləşiblər, sülhməramlı qüvvədirlər. Amma Rusiya imperiyasının təbiətini  bilən hər bir şəxsə bəllidir ki, rus qoşunlarını heç də sülhməramlı qüvvə adlandırmaq olmaz. Mən də onları həmişə dırnaqarası sülhməramlılar adlandırmışam”.

Sabiq deputat vurğuladı ki, Azərbaycanda müstəqilliymizin bərpası istiqamətində xeyli iş görülüb, artıq dövlət institutları formalaşıblar, güclü ordumuz, silahlı qüvvələrimiz var, xüsusən də kəşfiyyat, təhlükəsizlik qüvvələrimiz fəaliyyət göstərir və xüsusən də Şuşa Bəyannaməsi imzalanandan sonra düzgün quruculuq yoluna daxil olublar. Amma bütün sahələr haqqında bu sözləri demək çətindir: “Düzdür, Azərbaycan nef-qaz potensialı hesabına iqtisadiyyatını xeyli inkişaf etdirib. Bu baxımdan ölkəmiz irəli gedib. Lakin təsssüf ki, iqtisadiyyatda liberal iqtisadi islahatların aparılmaması, korrupsiya, iqtisadiyyatda monopolya üzündən çox böyük problemlərimiz var. Biz 1991-ci ildə müstəqillik uğrunda mübarizə aparanda, haqqındasöz açdığımız tarixi qənədləri qəbul edəndə düşünməzdik  və istəməzdik ki, Azərbaycanda rüşvət, korrupsiya, inhisarçılıq dəhşətli səviyyədə ola bilər. Bu gün də bu problemlərin olması Azərbaycan üçün çox ciddi əngəllərdir.

Eyni zamanda biz Azərbaycanda azad demokratik siyasi sistem görmək istəyirdik. Amma təəssüf ki, bu sahədə də ciddi problemlərimiz var. Bir sözlə, biz demokratik və tam mənada müstəqil dövlət qurmağa çox yaxınıq. Lakin demokratik respublika qurmaqdan hələ uzağıq”.

Köməkçisi: "Vahid Əhmədov hazırda Türkiyədə müalicə alır"

Vahid Əhmədov: “Müstəqillik əleyhinə olan adamlar Azərbaycanın iqtisadi cəhətdən özünü qoruya bilməsinin mümkün olmadığını deyirdilər”

İstiqlalçı deputat, Milli Məclisin üzvü Vahid Əhmədov isə bildirdi ki, 30 ildir müstəqil dövlətik və bu 30 ilin ilk illəri, hətta 1988-ci ildən başlayaraq 1990-cı illərin əvvəlləri heç də asan olmayıb. Müstəqillik Haqqında Bəyannamənin qəbul edilməsi heç də asan olmayıb: “Bu hadisə çox ağır yollar keşidikdən sona reallaşıb. O zaman Azərbaycanın Prezidenti Ayaz Mütəllibov idi. Baxmayaraq ki, Komunist Partiyası tərəfindən təyin olunmuşdu, amma müəyyən dialoqa, demokratlarla, müstəqillik uğurunda mübarizə aparan qüvvələrlə danışıqlar aparmağa meylli idi. Ali Sovetin sədri Elmira Qafarova idi. O da çox ləyaqətli bir insan idi və çıxışlarımıza imkan yaradırdı. Çox çətinliklə olsa da Bəyannaməni qəbul etdik. O Bəyannamə 18 oktyabrda Dövlət Müstəqilliyinin Bərpası Haqqında Konstitusiya Aktının qəbulu üçün bir ciddi zəmin yaratdı. Konstitusiya Aktının qəbul edilməsində istiqlalçı deputat, professor Hacıbaba Əzimovun çox böyük zəhməti olmuşdu. Sənədi o çox böyük zəhmət hesabına yazmışdı. 30 avqustda Bəyannamənin qəbul edilməsi müstəqilliyimizin bərpasında əsas amillərdən oldu. Artıq bəlli oldu ki, müstəqilliyimizə nail olmaq reallaşır. Bundan sonra Kommunst Partiyasının da mövqeyi zəiflədi və reallıqla barışdılar. O vaxta qədər çox müqavimətlər var idi. Ali Sovetdə deputatlar sırasında müstəqillik əleyhinə olan adamlar var idi. Onlar ciddi müqavimət göstərirdilər. Demokratlar isə çox ciddi qüvvəyə malik idilər və xalq tərəfindən qəbul edilirdilər. Ona görə də müstəqillik uğrunda mübarizədə qətiyyətli idilər. Buna görə də müstəqilliyimizi bəyan edən sənəd qəbul edildi”.

V.Əhmədov qeyd etdi ki, müstəqillik əleyhinə olan adamlar Azərbaycanın iqtisadi cəhətdən özünü qoruya bilməsinin mümkün olmadığını deyirdilər: “Amma bizim kimi demokratik fikirli, müstəqilliyin tərəfdarı olan insanlar çıxış edib deyirdi ki, Azərbaycan müstəqilliyə nail olacaq, müstəqil dövlət kimi inkişafa nail olacaq, özünün iqtisadiyyatını quracaq, dünyaya açılacaq. Göründüyü kimi belə də oldu. Tarix onu göstərdi ki, Azərbaycan xalqı, bizlər doğru addım atmışıq. Baxmayaraq ki, sonradan Azərbaycanda təlatümlər də yaşandı, torpaqlarımız işğala məruz qaldı, dövlət müstəqilliyimizin olması bu təlatümləri dəf etməyimizdə, torpaqlarımızı azad etməyimizdə rol oynadı. Müstəqil olmasaydıq, iqtisadiyyatımız olmasaydı, güclü ordumuz, müstəqil dövlət siyasətimiz olmasaydı, itirdiklərimizi geri ala bilməzdik. Rəhmətlik Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan öz müstəqilliyini möhkəmlətdi. İlham Əliyevin hakimiyyətə gəlməsi ilə isə Azərbaycan regionda, dünyada söz sahibi olan dövlətə çevrildi. Torpaqlarımızın çox böyük hissəsini ötən il azad edə bilməyimizdə bu amillərin də mühüm yeri var. Müstəqillik bir xalqın ən böyük nemətidir. Onu əldə etmək nə qədər çətin olduğu kimi, qoruyub saxlamaq da asan deyil və mübarizə tələb edir. Mən hökumətdə olan bir adam kimi bilirəm ki, Azərbaycanın müstəqil olmağını istəməyən dövlətlər var. Onlar istəyirlər ki, Azərbaycan yenə də hansısa bir dövlətin qoltuğunun altında olsun. Ancaq Prezident İlham Əliyevin müstəqil siyasət yürütməsi, qətiyyəti Azərbaycanın müstəqil dövlət kimi bu təzyiqlərin qarşısında dayanmasını təmir edir. Mən əminəm ki, 10-15 il keçəcək Azərbaycan çox güclü inkişaf etmiş dövlətlərdən birinə çevriləcək”.


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam