Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bu dövlət Priqojinlə əlaqəli şirkətlərə sanksiya tətbiq etdi

Böyük Britaniya “Vaqner”lə əlaqəsi olduğu iddia edilən Mərkəzi Afrika Respublikası, Sudan və Malidə səkkiz şəxs və beş şirkətə sanksiya tətbiq edib.

Yenixeber.org: Məlumata görə, Sudanda qızıl hasilatı ilə məşğul olan Yevgeni Priqojinin “M İnvest” şirkəti, Sudanın “Maroe Gold” və “Al-Solag Mining Company” kompaniyaları, eləcə də Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Lobaye Invest Sarlu” və “Sewa Security” şirkətləri ölkədə sülhə, sabitliyə xələl gətirən fəaliyyətlə məşğul olduqlarına görə sanksiyaya məruz qalıb.

Bütün şirkətlərin “Vaqner”lə əlaqəli olduğu iddia edilir. Siyahıya Priqojinin strukturlarının işçiləri və ya “Vaqner” bölmələrinin komandirləri olan səkkiz nəfər də daxildir. Onların arasında “Maroe Gold”un direktoru və “M İnvest”in regional direktoru Mixail Potepkin, həmçinin “M Invest”in baş direktoru Andrey Mandel də var. Siyahıda Aleksandr Maloletko, Konstantin Pikalov, Aleksandr İvanov, Mərkəzi Afrika Respublikasında “Vaqner” qrupunun komandiri təyin edilmiş Vitali Perfilev, Banqidəki Rus Evinin rəhbəri Dmitri Sıtı və Malidə “Vaqner” qrupunun rəhbəri seçilən İvan Maslov da yer alır.

Tətbiq olunan sanksiyalar Böyük Britaniyadakı fiziki və hüquqi şəxslərin aktivlərinin, əgər varsa, müsadirə edilməsini və ölkəyə girişinin qadağan edilməsini nəzərdə tutur.(TASS)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam