Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ukraynalı general:"Baxmut şəhərini geri qaytarmaq üçün hər cür şərait yaranıb”

“Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini geri qaytarmaq üçün hər cür şərait yaranıb”.

Yenixeber.org:  Bunu Ukrayna Quru Qoşunları komandanı general-polkovnik Aleknsandr Sırski BBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Baxmuta cəmləşən Rusiya qoşunları kamanı xatırladır: “Onlar yarımmühasirədədirlər. Bundan yaxşı istifadə etmək olar”.

Sırski deyib ki, bu şərait on dəfə az itki ilə Baxmutun qaytarılmasına imkan verəcək.

O əlavə edib ki, Rusiyanın "Vaqner" Xüsusi Hərbi Şirkətinin döyüşçülərini tamamilə Baxmuta soxmaq səhv idi: “Onlar orada böyük itkilər verərək, əslində, döyüş qabiliyyətini itirdilər”.

Sırski Baxmutun qaytarılması ilə bağlı tarix açıqlamasa da, bunu qısa zamanda edəcəklərini vurğulayıb.

Qeyd edək ki, Aleksandr Sırski 1965-ci il iyulun 26-da Rusiyanın Vladimir vilayətinin Novinki şəhərində anadan olub. 2019-cu il avqustun 5-dən Ukrayna Quru Qoşunları komandanıdır. 2020-ci ildə ona general-polkovnik hərbi rütbəsi verilib. 2022-ci ildə Ukrayna Qəhrəmanı fəxri adına layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam