Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ukrayna İran PUA-larının hücumuna mərz qalıb

Ukraynanın Cənub-Şərqi “Şəhid” PUA-larının hücumuna mərz qalıb
Ukrayna Hava Hücumundan Müdafiə müvvələri ötən gün axşam saatlarında Rusiya tərəfindən buraxılan İranın “Şəhid” tipli 36 kamikadze təyyarəsindən 31-ni vurub.
Yenixeber.org: Bu barədə Ukrayna ordusunun Facebook səhifəsində yayımlanan məlumata görə, Rusiya qüvvələri ötən gecə İran PUA-ları və raketləri ilə Ukraynanın şərqinə və cənubuna hücum edib.
Odessa limanında, habelə Nikolayev, Donetsk, Xarkov və Dnepropetrovsk şəhərlərində İran istehsalı olan 31 PUA, 6 qanadlı raket və Rusiyanın istehsal etdiyi 1 PUA məhv edilib.
Tehran uzun müddət Ukraynanı hədəfə almaq üçün Rusiyaya PUA-lar göndərdiyini inkar etsə də, Qərb institutlarının sübutları qarşılığında ötən ilin noyabrında İranın Xarici İşlər naziri Abdullahiyan bunu etiraf etmək məcburiyyətində qaldı. Lakin, bunun la belə, Abdullahiyan həmin PUA-ların “məhdud sayda və Ukrayna müharibəsindən əvvəl” Rusiyaya çatdırıldığını iddia edib.
İranı “yalan danışmaqda” suçlandıran Ukrayna isə yüzlərlə İran PUA-sı vurduğunu bildirib.
Ötən aylarda, xüsusən də Rusiyanın İran-BƏƏ əmlak mübahisəsi faylının beynəlxalq forumlara göndərilməsini dəstəkləməsindən sonra İran cımiyyətində Rusiya ordusuna çoxlu sayda PUA-lar göndərməsi ilə bağlı rəsmi Tehrana qarşı tənqidlər güclənib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam