Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İranda hicabsız qadınlarla bağlı "statistik oyunlar"

İranda hicaba qarşı çıxan qadınlarla bağlı "statistika" oyunları
Məcburi hicab qanununu zorla cəmiyyətə qəbul etdirməyə İran hakimiyyəti müxtəlif səpkili “araşdırmalar”ın nəticələrinə arxalanmağa çalışır.
Yenixeber.org: İran prezidenti aparatının Qadın və Ailə məsələləri şöbəsinin Sosial zərərlər üzrə işçi qrupunun katibi Zeynəb Qədiri hicabsız qadınlarla bağlı “statistika”nı təqdim edərkən, məcburi hicaba qarşı çıxan qadınların əksəriyyətinin evdar qadınlar olduğunu bildirib. Bu iddia iyunda aparılan “Tehranın hicabsız qadınlarının motivasiyası” araşdırmasına əsaslanır.
“Könüllü əhatə dairəsinə daxil olan qadınların 34,9%-i evdar qadınlar, 25,1%-i tələbələr, 19,3%-i fərdi sahibkarlar, 14,3% muzdlu işçilər, 4,1% işsiz, 1% müəllim, 0,8% professor, 0,4% qəbul imtahanlarından geri qalanlar, 0,1%-i isə təqaüdçü olub. Hicabsız qadınların 46,6%-i subay, 42,8%-i isə evli qadınlardır. Qadınların təxminən 70%-nin ərləri onların könüllü örtünmələri ilə razılaşır. Hicabsız qadınlar arasında 90-cı illərdə doğulanlar 39,2%-lə birinci yerdə, 80-ci illdərdə doğulanlar isə 30,7%-lə ikinci yerdədir. Hicaba qarşı olanlardan yalnız 19,9% qadın 2000-ci illərdə doğulan və 18-22 yaş arasında olan qadınlardır”, - Qədiri deyib.

Maraqlıdır ki, bir sıra siyasi və sosial ekspertlər ötən ilki ümummilli etirazları “səksəninci illərin hərəkatı” adlandırdılar, təhlükəsizlik qurumlarının bəzi rəsmiləri isə İranın bu gənclər arasında çoxlu tərəfdarlarının olmadığını təsdiqləyirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam