Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kişilərlə qadınlar bərabərdir -Hüquqda yoxsa həyatda?

                 

Bütün inkişaf etmiş ölkələrdə qadınların və kişilərin  hüqüqlarının bərabər olması  hamıya bəllidir. Ancaq bu bərabərlik həyatda öz təsdiqini nə dərəcədə tapır, bax əsas məsələ bundadır. Əslinə baxsan, təkcə fizioloji cəhətdən deyil, əqli və psixoloji cəhətdən də kişilər və qadınlar fərqlidir. Qadınların və kişilərin gözəllik etalonu belə bir-birinin tam əksinədir. Həyata baxışı, intellekti, dözümlülük dərəcəsi qadınları və kişiləri cins olaraq bir-birindən fərqləndirir. Bizim həyati problemlərimiz bəzən kişi və ya qadın psixologiyasını bilməməyimizdən irəli gəlir. Qadınlar istəyir ki, sevdiyi kişi ona tabe olsun, kişilər də öz növbəsində qadınların onlarla hesablaşmasını tələb edir. Qarşılıqlı anlaşma olmasa qadın və kişi sülh şəraitində yaşaya bilməz.  İnsan özünə və qarşısındakı insana hörmət edərsə, bu anlaşma hər iki tərəfi tam mənada xoşbəxt edə bilər.

Yenixeber.org: İnsanın özünə məhəbbəti onun psixoloji vəziyyətini tarazlıqda saxlayır. Süuraltı hegemon olmaq arzusu ilə yaşayan adam başqasına hörmət edə bilməz, bu onun kişi və ya qadın olmasından asılı deyil. Həmişə öz istəyini həyata keçirmək, qarşısındakı adamın arzu və istəyini nəzərə belə almamaq nəinki ailə həyatında, adi insani münasibətlərdə belə problem yaradır. Hamıya bəllidir ki, ailədə ər və ya arvadın xəyanəti müsəlman ölkələrində çox ağır hadisədir. Bu prosesə qadın başqa cür peaksiya verir, kişilər xarakter və ailə tərbiyəsindən asılı olaraq tam fərqli hərəkət edir. Əgər qadın ağıllıdırsa, ailəsini (əlbəttə burda ancaq yüngül formada təzahür edən müvəqqəti xarakterli xəyanətdən söhbət gedir) və uşaqlarının gələcəyini düşünürsə bu zaman dözümlülük nümayiş etdirir. Qadın ərinin ona xəyanət etdiyini bilsə belə, bunu üzə vurmayıb gözləmə mövqeyi tuta bilər. Kişilər isə kişi psixologiyasından irəli gələn üsyankarlıqla (üzr istəyirəm, bu da hamıya aid deyil, müstəsna hallar olması da məlumdur)  qadın xəyanətinə dözmürlər. Bunun nəticəsi barədə fərdi mülahizə yürütmək mümkündür.

 

 

   Əgər qadının bir kişidən xoşu gəlirsə müsəlman ölkəsində bunu etiraf etmək qadın üçün çətin olur, əslində digər dinlərdən olan ölkələrdə və millətlərdə də ilk etirafı qadın edə bilmir. Seçim hüququ adətən kişilərdə olur. Bu təkcə adət, ənənə baxımından deyil, orqanizmin fizioloji vəziyyətindən, kişi psixologiyasından da asılıdır. Hələ kiçik yaşlarından  “sən qızsan, sənə oğlanların üzünə gülmək ayıb sayılır,  qız  özünü ağır aparmalıdır” kimi tərbiyəvi sözlər qızların şüurunda kök saldığından öz istəklərini çox vaxt gizli saxlayırlar. Qadınların ailə həyatı qurarkən səhv etməsi kişilərin səhvindən çox baha başa gəlir. Kişini ailə qane etməyəndə və ya digər səbəblər üzündən boşanarsa yenidən ailə qura bilmək şansı daha çoxdur, qadının isə tam əksinə. Əgər ortada uşaqlar varsa demək olar ki, qadın bütün qalan ömrünü uşaqların böyüyüb yetişməsinə həsr edəcək. (Bu cür hərəkət etməyən qadınlar da yox deyil). Kişilər öz ömrünü nadir hallarda uşaqlarına qurban verir. Qadınların kişilərdən sədaqətli olması, sevdiyi insanın dalınca dünyanın o başına getməyə hazır olması, hətta sürgündə olsa belə, ömürlərini ərləri ilə birgə sürgündə keçirmələri ilə öz tarixi təsdiqini tapmışdır.

 

 Mənim tanıdığım bir qadın özündən yaşca bir qədər cavan oğlana heç bir şəraiti olmadığı və demək olar ki, məhv olmaq təhlükəsi qarşısında qaldığı bir zamanda dayaq oldu. Bu oğlan ağır böyrək çatmazlığından əziyyət çəkirdi, müalicəsinə lazım olan pul onun ailəsində yox idi. Bəlkə bu səbəbə görə bu öğlan tanışım qadına öz sevgisini bildirib ona sədaqət andı içmişdi. Qadın atasından qalan şəhərin mərkəzindəki evini satdı, həmin oğlanı müalicə etdirdi, oxutdu, işə düzəltdi və həmin oğlan elmi dərəcə alıb həyatda lazımi mövqe qazandıqdan sonra... bilirsinizmi necə hərəkət etdi? Bəli, kişilərin bir çoxuna xas olan xüsusiyyəti təsdiq etdi: özünə cavan bir qız seçdi, həmin qadının ona  etdiyi bütün yaxşılıqları unudub bəzi kişilərə məxsus üsulla hərəkət edərək, o qadının pulları ilə həmin qızı həyatda lazımi mövqeyə çatdırdı və onunla evləndi. Bax belə... Bilmirəm həyatda bir qadına bu cür yaxşılıq etsəydilər o da bu cür hərəkət edərdimi? Məncə çox nadir halda. Sizcə? Bununla bərabər kişi psixologiyasını nəzərə alsaq, o zaman kişilərdə minnətdarlıq hissinin o qədər də güclü olmadığını  bildiyimizə görə qəbul etməkdən başqa çarə yoxdur...

 

Dünyanın iki qütbü qədər bir-birinə zidd olan bu tərəflər əslində ruhən çox yaxındırlar. Ürəyinin dərinliyində hər bir kişi qadınların, hər bir qadın isə kişilərin xoşuna gəlmək istəyir. Bu iki əks cinslər eyni bir məqsəd uğrunda vuruşurlar, lakin bu döyüş top-tüfənglə deyil, gözəgörünməz silahlarla həyata keçirilir.

 

 Məhəbbət məsələsində xüsusi qabiliyyəti olan qadın və kişilərin olmasını inkar etmək olmaz. Bütün varlığı ilə sevən adamlar çox vaxt sevgidə məğlubiyyətə uğrayırlar. Bu döyüşdə hər adamın bəxti gətirmir. Bu döyüşdə qalib gəlmək üçün müasir dövrdə çox məxsusi qabiliyyətlər və üsullar tələb olunur. Çox təəssüf ki, bəzən bu üsulları öyrənmək çətin olur, məxsusi qabiliyyətlər isə genetik əsaslı olduğundan irsidir. Doğrudur, insanın istəyinin qarşısında heç bir qüvvə dayana bilməz, çünki insanın daxili potensialı çox böyükdür, amma bu döyüşün qələbə ilə nəticələnməsi üçün bir çox qurbanlar vermək lazım gəlir. Xüsusi qabiliyyəti olan adamlar isə o qədər də əziyyət çəkmirlər. Məhz bu qabiliyyətə məhəbbətdə vergili hesab olunan adamlar malik olur. Tarixdə bu cür xüsusi qabiliyyəti olan qadınlar arasında Kleopatra, Jozefina, pani Valevskaya, kişilərdən Napoleon, Kazanova, Don Juan, Onore de Balzak və s. hesab olunurlar. Mən inanmıram ki, bu adamlar sonradan məhəbbət qabiliyyəti qazanmış olsunlar. Qadınlar zəif məxluq hesab olunsalar da bu əslində belə deyil, onların zəifliyi rəfiqələrinin, qonşuların və iş yoldaşları qadınların həsədini qazanmaq kimi bir hissdən qaynaqlanır. Belə ki, qadınlar öz həyatlarını bir çox hallarda mənasız prinsirlərə və qadınların (bəli məhz qadınların) həsədini qazanmaq üçün qurban verirlər.

 

Mənim uzun zaman əvvəl bir iş  yoldaşım vardı, gənc, gözəl və təhsilli bir qız idi. Bu qızın yaşıdları artıq ailə qurmağa başlamışdı. Hamı görürdü ki, bu qız çox narahat olur, necə ola bilər ki, onunla bir qrupda oxumuş qızların əksəriyyəti ərə getsin, o evdə qalsın? Biz onu başa salmağa çalışırdıq ki, bu sifarişlə olan məsələ deyil, qismətini gözləmək və ağılla hərəkət etmək lazımdır. Ancaq o heç kimi dinləmədən kiminsə vasitəsilə tanış olduğu, tanımadığı, yaşca özündən xeyli  böyük, xarici görünüşcə ona layiq olmayan, siqareti birbirinə calayan, içməyi xoşlayan, hədsiz qısqanc bir oğlana ərə getdi və işgəncəli ailə həyatına başlanğıc verdi. Uzun illərdir ki, bu əzablara dözür və əzablara təslim olmaqdan başqa yolu olmayan bir ailə həyatı yaşayır...

Kişilər isə belə səhv etmirlər, onlar özlərinə sərf etməyən və ağıllarına batmayan yolla nadir hallarda gedirlər. Bu bir növ kişi eqoistliyi ilə əlaqədar olsa da, onların özü üçün çox yaxşıdır. Qadınlar xoşuna gələn kişi üçün ağla gəlməz fədakarlığa hazır olsa da, kişilər bir qədər ehtiyatla fədakarlıq edir. Hətta xoşuna gələn qadın üçün gözəl və qiymətli hədiyyələr bağışlayan kişilər qadına ancaq dərin maraq göstərə bilər, burada əsil sevgidən söhbət gedə bilməz. Düzdür, bəzən çox ağıllı, yüksək intellektə malik kişi ən dəyərsiz bir qadını sevir, kimsəni dinləmədən bu qadının yolunda hər şeyə razı olur, amma bu müxtəlif səbəblərlə bağlıdır, çünki məhəbbət çox qarışıq hissdir, bu kişi əslində qadının belə olduğunu bilir, bilsə də yenə sevir.

 

Qadınlar isə əksinə bu zaman dərin və həqiqi münasibətlər qurmaq istəyir. Əksər qadınlar qarşısına çıxan və xoş sözlər deyə bilən kişilərə inanıb öz potensial imkanlarını unudur. Əgər kişi ona “gözəlsən, səndən yoxdur” deyərsə qadın əslində gözəl olmadığının və adi bir qadın olduğunun fərqinə varmır, özünü həqiqətən gözəl hesab edib tora düşür. Əlbəttə, sonda ayılır və bu ayılma gec olduğundan heç bir müsbət nəticə vermir.

Qadınlar ailə qurmaq üçün gözəl, savadlı, varlı, yüksək mədəniyyətli və s. imkanları olan kişi axtarır və bunun əvəzində özünü təklif edir. Ağıllı kişilər isə ailə qurmaq üçün sakit təbiətli, yaxşı ailə tərbiyəsi görmüş,  gözəl, dinləməyi bacaran, tələbkar olmayan, karyeranı ailəyə qurban verməyə hazır olan qadın axtarır. Məlum olduğu kimi insanın təklikdə xoşbəxt olması mümkün deyil. Xoşbəxt olmaq üçün hər bir insan öz yarısını tapmalıdır. Bu məsələni hərə öz anlayışı səviyyəsində həll edir. Ancaq bunun elmi-psixoloji əsaslarını bilmədən müasir dövrdə xoşbəxt olmaq mümkün deyil. Qadınlar və kişilər öz əks cinsinin psixologiyasını öyrənməlidir. Hər bir insan özünəməxsus xarakterə  malikdir. Yer üzündə iki eyni daş olmadığı halda iki eyni xarakterli insan ola bilərmi? O halda qadın və kişi xarakterinin eyni olması barədə mülahizə söyləmək belə yersizdir. Ömrümüz boyu eşitmişik ki, qadınlar qulaqları ilə, kişilər isə gözləri ilə sevir. Əgər bu deyimi araşdırsaq bunun nə məna kəsb etdiyini bilərik. Qadınlar sözlərə çox böyük əhəmiyyət verdiyi halda kişilər ancaq öz gözləri ilə gördükdən sonra ciddi nəticə çıxarırlar. Məsələn, qadın və kişi eyni filmə baxarsa bu film barədə qadın daha geniş və romantik səpkili məlumat verdiyi halda kişi  konkret və o qədər də geniş olmayan tərzdə məlumat verəcək. Qadınlarda intuisiya qabiliyyəti kişilərdən üstündür. Əgər qadın sevdiyi kişinin ona xəyanət etdiyi barədə şübhəyə düşərsə bu əksər halda doğru olur. Əgər qadın deyirsə “mən hiss edirəm ki, onun görüşdüyü qadın var” heç bir sübut olmasa da bunun doğruluğu yəqindir. Kişilərdə isə bu qabiliyyət zəif inkişaf etmişdir. Kişilərin şübhəsi çox vaxt ancaq qısqanclıqdan irəli gəlir. Çox təəssüf ki, bəzən əsil xəyanəti görə bilmirlər...

 

Qadınların müşahidəçilik qabiliyyəti də kişilərdən fərqlidir. Qadın kənardan müşahidə etməklə hər bir hadisə barədə mühakimə yürüdə bilər, kişi isə bəzən göz önündə olan hadisələri belə görməyə bilər. Ancaq stres törədən hadisələr qadınların fikrinü alt-üst edir və onlar təhlükəli proseslərlə qarşılaşdıqda başlarını itirirlər. Kişilər isə bu zaman dözümlülük göstərə bilir və soyuqqanlı olurlar. Qadınlar çox həssas olduqlarından  gözlənilməz hadisələrlə qarşılaşdıqda öz hisslərini bacarıqla gizlədə bilir, lakin hər hansı mimikanı, baxış və hərəkəti zərrə qədər gözdən qaçırmır. Bununla da qarşıdakı əks cinsin nümayəndəsini əmin edir ki, heç nə görmür və heç nə bilmir. Kişi bu zaman qadını aldatdığına əmin olur, əslində isə... Qadın hiyləsi Qadınlar çox nadir hallarda mübahisə üzündən kişilərlə münasibət yaradır,  bu mübahisə nəticəsində nadir hallarda ailə qururlar. Bu isə onlarda olan intuisiya qabiliyyətinin daha güclü olmasından irəli gəlir. Qadınlar çox nadir hallarda mübahisə üzündən kişilərlə münasibət yaradır,  bu mübahisə nəticəsində nadir hallarda ailə qururlar. Bu isə onlarda olan intuisiya qabiliyyətinin daha güclü olmasından irəli gəlir. deyilən şey burda tam öz yerini tutur, münasibətləri korlamamaq və ya susmaq lazım olduğu üçün qadın susur. Bu vəziyyətdə qadın uzun zaman gözləyə bilir. Ancaq inana bilərsiniz ki, bəzən nə qədər ağır yara alsa da qadın bunu bağışlaya bilir, unutmaqdan isə söhbət gedə bilməz.

 

Kişilərin beyni qadınların beynindən fərqlidir və kişi bir şeyi “beyninə qoydusa” mütləq edəcək, nəyin bahasına olur olsun.  Tənqid kişilərin düşmənidir. Onlar həmişə haqlıdır. Əgər istəyirsinizsə kişilərlə normal münasibət qurasınız heç vaxt onların səhvini birbaşa üzünə deməyin. Kişilərin qadın xoşbəxtliyi üçün  əsas amil olduğunu heç bir qadına xatırlatmaq lazım deyil, bu sahədə onların qiyməti ölçüyə gəlməz. Bu xoşbəxtliyin xətrinə (yəni öz xətrinizə) onların psixologiyasını öyrənməlisiniz. Onları başa düşmək, lazım olanda bağışlamağı bacarmaq sizin özünüzə daha çox lazımdır. Bağışlamaq az da olsa mümkündürsə və siz özünüzə inanırsınızsa həyatınızı tək başa vurmamaq xətrinə bağışlayın. Elə güman etməyin ki, bundan sonra sizə mələk sifətli kişilər rast gələcək, çox vaxt həyat bizi heç ağlımıza gəlməyən xarakterə malik adamlarla qarşılaşdırır və bu zaman əvvəlki həyatımıza şükür edirik. Bu həyatdır, onun insafı və rəhmi olmadığından kimsənin ondan incidiyinin fərqinə belə varmır.

Mövzunu davam etdirəcəyik. Qadın qisası və kompensasiya qanunu barədə qeydlərimiz olacaqdır.

           

           

 Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam