Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Qərbi Azərbaycan İcması Brüssel görüşü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıb.

Yenixeber.org:  Bəyanatda deyilir:

"Əldə etdiyimiz məlumatlara görə, 2023-cü il iyulun 15-də Brüssel şəhərində keçirilmiş üçtərəfli görüşdə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı məsələsi müzakirə olunmuşdur.

Bizim qayıdış məsələmizin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqların gündəliyinə gətirilməsi bu məsələnin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həlli istiqamətində tarixi bir inkişafdır. Bu, Qərbi Azərbaycan İcmasını və Ermənistandan zorla çıxarılmış hər bir azərbaycanlını qayıdış hüququnun reallaşması istiqamətində fəaliyyətə daha da ruhlandırır.

Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri bir şərtdir. Bu baxımdan biz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsini ürəkdən alqışlayırıq.

Qərbi Azərbaycan İcması qayıdış məsələsinə dövlətlərarası münasibətlərin normallaşmasına xidmət edən Brüssel sülh prosesində baxılmasına paralel olaraq, bu məsələ üzrə Ermənistan hökuməti ilə birbaşa danışıqlara hazır olduğunu bir daha bəyan edir və Ermənistan hökumətinə bununla bağlı dialoq çağırışını yeniləyir".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam