Bakının 6 prokuroru intizam məsuliyyətinə cəlb olundu
Bu ilin ilk yarısında Bakı şəhəri üzrə prokurorluq orqanlarının 6 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
Yenixeber.org: Bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.