USAID Ermənistandakı iştirakını genişləndirəcək
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistandakı iştirakını genişləndirəcək.
Yenixeber.org: Bu barədə Ermənistan mətbuatı yazıb.
Bildirilib ki, belə bir razılıq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın agentliyin rəhbəri Samanta Pauerlə müzakirə olunan görüşündə əldə olunub.
Qeyd edək ki, USAID 1961-ci ildə ozamankı ABŞ prezidenti Con Kennedi tərəfindən qurulub.